Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:16

Naxçıvan Dövlət Universitetində sorğu keçirənləri döyüblər


İlqar Nəsibli
Dekabrın 15-i günorta saatlarında Naxçıvan Muxtar Respublikası «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin iki əməkdaşı fiziki təzyiqlə üzləşiblər. Mərkəzin əməkdaşları Norveç səfiriliyi ilə birgə həyata keçirdikləri layihə çərçivəsində sorğu keçirirdilər.

Mərkəzin əməkdaşı İlqar Nəsiblinin dediyinə görə, bu zaman Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri onlara hücum ediblər.

«Universitet rəhbərliyi 50-yə yaxın bədən tərbiyəsi fakültəsinin tələbələri ilə birgə əvvəlcə bizi təhqir etdilər və ordan kənarlaşmağımızı tələb etdilər. Biz ordan kənarlaşandan sonra yaşadığımız binanın qarşısında qəfildən bizə hücum etdilər, yerə yıxaraq təpiklədilər, qabırğalarımız batıb, digər əməkdaşımızın burnunda zədə var».

Naxçıvanda «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin hücuma məruz qalan digər əməkdaşı Vəfadar Eyvazov
İlqar Nəsiblinin dediyinə görə, mərkəzin döyülən əməkdaşları Respublika xəstəxanasına müraciət etsələr də, onları müayinə etməkdən imtina olunub. Xəstəxananın həkimləri bildiriblər ki, zərərçəkənlər gərək polislə birgə gəlsinlər.

Polisin baş verənləri münasibəti ilə bağlı İlqar Nəsiblinin sözlərinə görə, hadisə yerinə gələn polis əməkdaşları onlara şəhər polisinə müraciət etməyi məsləhət görüblər. Şəhər polisində isə döyülənləri Daxili İşlər Nazirliyinə göndəriblər. Burada isə iş vaxtının bitdiyini deyib müraciət edənləri dinləməyiblər.

İlqar Nəsibli həm də AzadlıqRadiosunun müxbiridir. O, Naxçıvanda dəfələrlə hücumlara məruz qalıb, 2007-ci ildə isə həbs olununb.
XS
SM
MD
LG