Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:13

«İndi yerindən duran deyir şairəm»


Abbas Abdulla Acaloğlu
Abbas Abdulla Acaloğlu
AzadlıqRadiosunun Azərbaycandakı ədəbi proseslərlə bağlı suallarını Abbas Abdulla Acaloğlu və Sabir Rüstəmxanlı cavablandırır:

- Abbas bəy, Azərbaycan ədəbiyyatının bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Zəif ədəbiyyat o qədər çoxalıb ki, yaxşılar görünmür. İndi yerindən duran deyir şairəm. Kitabların üzərində nəzarət yoxdur. Kimin əlində pul var, zəif əsər yazır, ancaq Fransada da çap elətdirir, İngiltərədə də. Sonrada deyir dünya miqyaslı şairəm. Ancaq əslində şeir yaza bilmir. Ona görə də deyirlər ki, Azərbaycanda ədəbiyyat yaranmır.

- Gənc yazarlar bildirir ki, AYB-yə artıq ehtiyac yoxdur. Sizcə, AYB Azərbaycan ədəbiyyatı üçün nəsə edə bilir?

- Belə düşünən gənclər səhv eləyirlər. Sovet ədəbiyyatını gənclər pisləyirlər. Ancaq dilimizin qorunmasında bu ədəbiyyatın böyük rolu olub. 10 ildir qərar qəbul olunub ki, soyad sonluqları dəyişdirilsin. Ancaq dəyişmirlər. Ancaq Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli buna sovet dönəmində etiraz edirdilər. Bunları necə yaddan çıxarmaq olar? Mən Yazıçılar Birliyinin qalmassnın tərəfdarıyam.

- Abbas bəy, insanların ədəbiyyata marağı daha çox orta məktəb illərində yaranır. Ancaq son illər dərsliklərdən Azərbaycan klassiklərinin əsərləri çıxarılır, ya da onlar təhrif olunur. Məsələn, 2-ci sinifin «Ana dili» dərsliyində Hüseyn Cavidin məşhur «Məktəbli qız» şeirindən «yavrum», «peki» sözləri çıxarılıb. Bunu necə qiymətləndirirsiniz?


- Bu, böyük yanlışlıqdır. Füzuli, Yunus İmrə ortaq türkcədə yazıblar. Nəinki Hüseyn Cavidi, heç Türkiyə türkcəsini tərcümə eləməyi doğru saymıram.

Sualları indi də millət vəkili, yazıcı Sabir Rüstəmxanlı cavablandırır:

- Sabir bəy, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərbaycan ədəbiyyatı ilə bağlı səsləndirdiyi tənqidi yanaşmalar müxtəlifdir. Siz necə düşünürsünüz, Azərbaycanda niyə güclü əsərlər yaranmır?

Sabir Rüstəmxanlı
- Ədəbiyyat canlı prosesdir. O, həmişə inkişafdadır. Ancaq hər il böyük əsər yaranacağını gözləmək doğru deyil. Yaxşı əsər illərlə zaman istəyir. Təzyiqlə, göstərişlə yeni əsərlər yaratmaq mümkün deyil. Bəzən hadisələrə yaxından baxanda doğru dəyərləndirmək olmur. Məsələn, son 20 ildə cəmiyyətdə xeyli proseslər baş verib. Ancaq onların qısa zamanda ciddi bədii əsərə çevrilməsini gözləmək doğru deyil. Azərbaycan ədəbiyyatı maraqlı dövr yaşayır. Gənc nəsil gəlir. Onların əsərləri Azərbaycan ədəbiyyatının gələcəyi ilə bağlı böyük ümidlər verir.

- Azərbaycanın bir çox tanınan yazıcıları, şairləri yaşlananda rəsmi vəzifələrdə təmsil olunmağa can atırlar. Bu, onların ədəbi imkanlarının tükənməsi ilə bağlıdır?

- Elə yazarlar var cavanlığında tükənir. Mən yaşa dolmağın bu cəhətdən təsirini hiss eləmirəm. Elə gün olmur qələmim işləməsin. Əksinə, yaşa dolduqca sözün qiyməti daha çox bilinir. Dediyiniz məsələ məncə, daha çox insani keyfiyyətlərlə bağlıdır.

- Sizin yazıcı həyatınızda AYB hansı rolu oynayır?

- Mən bu quruma çox bağlıyam. 20 yaşımdan «Ədəbiyyat və incəsənət» qəzetində yazılarım çap olunmağa başladı. O zaman Hüseyn Abbaszadə mənim bir neçə məqaləmə baxdı, bəyəndi və məni işə götürdü.

- İndi də AYB-də gəncləri işə cəlb edirlər?


- İndi insanları işə daha çox tanışlıqla götürürlər. Peşəkarlıq çox təəssüf, nəzərə alınmır. Qayıdan bundan öncəki suala. Mən uzun illər bu birliyin ədəbi orqanlarında çalışmışam, sonra «Yazıçı» nəşriyyatına başçılıq etmişəm. Bir sözlə, bu quruma bağlı olmuşam. Burada mən sözü dəyərləndirməyi öyrənmişəm, böyük ədəbi mühitin içərisində olmuşam. Bu gün də AYB-nin qalması məni sevindirir. Həyat elə qurulub ki, ziyalıları param-parça edirlər, insanları bir-birindən uzaq salırlar, təklənir insanlar. Belə bir zamanda bu cür birliklərin qorunub saxlanması vacibdir. Yazıçılar Birliyi sovet dönəmindəki kimi bir ideologiyanın daşıyıcısı olan, yazıcıları bu ideologiyaya xidmətə məcbur edən mexaniki qurum deyil. Kimlərinsə rəhbərliklə bağlı problemi ola bilər, ancaq mən AYB-nin yaşamasının tərəfdarıyam.

ƏDƏBİYYAT SƏHİFƏMİZƏ BURDAN DAXİL OL!


Fuentes Fidel Kastronu «biabır edən» yeni roman yazıb

Xristian dünyasının “Salman Rüşdüsü” Türkiyəyə səfər etdi
XS
SM
MD
LG