Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:12

Avropa Məhkəməsi bu il Azərbaycanı 60 min avro cərimələyib


2009-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın 60 min avroya yaxın cərimə olunması barədə altı qərar çıxarıb.

Bu barədə jurnalistlərə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin il ərzində Azərbaycana qarşı çıxardığı qərarların hələ ki biri qüvvəyə minib, qalan qərarlar isə gələn il qüvvəyə minəcək.

Çingiz Əsgərov deyir ki, ötən illərlə müqayisədə bu il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciətlər azalıb. Onun sözlərinə görə, hər il 500 müraciət olunurdusa bu il müraciətlərin sayı bir qədər azalıb.

Azərbaycandan olunan müraciətlər əsasən birləşmə azadlığının, ədalətli məhkəmə baxışının pozulması, işgəncə və pis rəftara məruz qalma ilə bağlıdır.
XS
SM
MD
LG