Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:02

Bakı ABŞ və Norveç səfirliklərinə xəbərdarlıq etdi


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi Norveç Krallığının Azərbaycandakı səfiri Con Ramberq və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Luya xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə bu gün onlar nazirin müavini Vaqif Sadıqovla görüşə dəvət olunublar. Görüşdə yanvarın 12 və 13-də Norveç və ABŞ-ın Azərbaycandakı diplomatlarının Naxçıvana səfəri və səfərin yekunları ilə bağlı birgə açıqlaması müzakirə olunub.

Nazir müavini V.Sadıqov qeyd olunan məsələ ilə əlaqədar araşdırmaların aparıldığını deyib, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il «Diplomatik əlaqələr haqqında» Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını çatdırıb.

Sadıqov onlara bildirib ki, bəzi dövlətlər Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin məhz insan haqlarının pozulması kimi qələmə verir, belə halları siyasiləşdirirlər. Bu da qəbuledilməzdir. Nazir müavini xəbərdarlıq edib ki, xarici diplomatların belə hərəkətləri ölkələrimiz arasında münasibətlərin səviyyəsinə uyğun deyil və bu, münasibətlərin inkişafına xələl gətirə bilər.

Diplomatalara həmçinin çatdırılıb ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində bütün öhdəliklərinin, həmçinin də diplomatların təhlükəsizliyinin təmin edilməsi öhdəliyinin həyata keçirilməsinə sadiqdir.

ABŞ və Norveç səfirliklərinin yanvarın 14-də birgə yaydığı bəyanatda bildirilirdi ki, onların nümayəndələri yanvarın 13-ü Bənəniyar kəndində vəziyyətlə tanış olmaq üçün həmin kəndə getmək istəyiblər. Amma bir qrup adam kəndin girəcəyində onların maşını saxlayaraq, diplomatları hədələyib, onları kənd sakinləri ilə hər-hansı əlaqə yaratmadan, kəndi tərk etməyə məcbur ediblər.

«Biz Azərbaycan hökumətini Bənəniyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq»,-deyə səfirliklərin birgə bəyanatında deyilirdi.
XS
SM
MD
LG