Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:43

Həbsdə olan Bənənyar sakininin qardaşı vəfat edib


15 gün həbsdə saxlanılan Səbzalı Əliyevin qardaşı Bənənyar kənd sakini Fərzalı Əliyev infarktdan vəfat edib.

O, qardaşı Bənənyar hadisələrini mətbuata yaydığı üçün saxlanıldıqdan sonra infarkt keçirmişdi. Bu barədə AzadlıqRadiosuna məlumat verən əslən Bənənyardan olan Kəmalə Xəlilova deyir ki, kənddə indi cavanlardan da ürək xəstəliyinə tutulanlar var:

«Kişinin öz qadınının gözü qarşısında yerə yıxıb sürüdülməsini, ağıllı adamların ruhi xəstə adı ilə dispanserlərə salınmasını görmək insanların səhhətinə təsir etməyə bilməz».

Kəmalə Xəlilova həbsxanada nə qədər adamın saxlanıldığını dəqiq bilməsə də, kəndin ağsaqqalları Rza və Əli müəllim orada olduqlarını deyir. Onun sözlərinə görə,
Bakıda işləyən Bənənyar sakini İbrahim Ələkbərovu və Şahin Əliyevi polis bir neçə gün əvvəl saxlayaraq Naxçıvana aparıb.

İbrahim Ələkbərov və Şahin Əliyevə bir neçə dəfə zəng etsək də telefonu açmadılar. Kəmalə Xəlilova deyir ki, kənd camaatı danışmaqdan çəkinir. Ola bilsin ki, zənglərə də ona görə cavab vermirlər.

HƏMÇİNİN BAX

«Prezident Bənənyar hadisələrinə görə Vasif Talıbova təşəkkür etdi»
Bənənyar hadisələri arqumentlərin tükənməsindən doğur
«Bənənyarda dəhşətli şeylər baş verir»

XS
SM
MD
LG