Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:11

Müxalifət niyə yola getmir?


«Mən nəyin bölüşdürülməsini başa düşə bilmirəm. Əvvəl öldürülməmiş ayının dərisini bölə bilmirdilər, indi ayını öldürmək də problemdir».

Bunu «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov müxalifətarası qalmaqalları şərh edərkən deyib.

Arif Hacılı
Proqramda Müsavat başqanının müavini Arif Hacılı və Liberal Partiyasının sədr müavini Əvəz Temirxan da iştirak ediblər.

Arif Hacılı:

«Müxalifətin birliyinin olmaması məsələsinin guya Azərbaycanda demokratiyanın inkişafına mane olan başlıca amil kimi dəyərləndirilməsi tamamilə yanlışdır. Seçkilərə hələ 8 ay qalmış indidən blok məsələlərini gündəmə gətirib, siyasi partiyalar arasında guya hansısa ziddiyyətlərin ortaya çıxması barədə polemikalar diqqəti problemin mahiyyətindən yayındırır. Mən hesab etmirəm ki, müxalifətin birliyi lazım deyil. Müxalifətin birliyi, xüsusilə də səmimi müxalifətin birliyi lazımdır. Amma bu, başlıca problem deyil. Birinci problem ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin demokratiyaya keçməsinə mane olan hakimiyyət var».

Əvəz Temirxan:

Əvəz Temirxan
«Azərbaycanda demokratik şəraitin yoxluğunda, seçkilərin saxtalaşdırılmasında iqtidar günahkardır. Bu, aksiomadır. Vəziyyət gün-gündən pisləşirsə, Qərbin demokratiyaya dəstəyi, cəmiyyətin inamı zəifləyirsə, burada əsas şərt heç olmasa, müxalifətin bir araya gəlməsindədir».

Rauf Mirqədirov isə deyir ki, bu gün müxalifət mövcudiyyət uğrunda mübarizə aparır:

«Ölkədə demokratiyanın olmamasının səbəbi heç də müxalifət birliyinin olmaması deyil. Bu gün müxalifətin birliyi olsa da, onun demokratiyaya təsiri çox az olacaq... Resurslar həddən artıq məhduddur. Bu gün müxalifət ilk növbədə, ümid yeri kimi qalmaq uğrunda mübarizə aparır»...

MÜXALİFƏT PARTİYALARI NİYƏ YOLA GETMİR? MÜSAVAT VƏ ALP FUNKSİONERLƏRİNİN BİR BİRİNƏ HANSI İRADLARI VAR?
BU SUALA CAVAB TAPMAQ İSTƏYİRSİNİZSƏ, PROQRAMI DİNLƏYİN.

Buna da bax:

XS
SM
MD
LG