Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Pulun yoxsa, həbs olunma…


Cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti və qidalanmasında müsbət irəliləyişlər olsa da, müəyyən problemlər hələ də qalmaqdadır
Cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti və qidalanmasında müsbət irəliləyişlər olsa da, müəyyən problemlər hələ də qalmaqdadır
2009-cu ildə Azərbaycan həbsxanalarında keçirilən yoxlamalar zamanı 3000-dən artıq qadağan olunmuş əşya aşkarlanıb. Onlardan 750-yə yaxın deşici-kəsici alət, 90-na yaxın mobil telofon olub.

Bundan başqa 140 litr spirtli içki ,150 qramdan çox heroin aşkar edilib. Həbsxanaya narkotik maddə keçirməyə cəhd edən üç həbsxana əməkdaşı və 16 nəfər məhbuslarla görüşə gələn səxs aşkarlanıb. 11 və 15 saylı cəzaçəkmə müəsissəsinin rəisləri, başqa bir müəssisənin isə şöbə rəisi tutduqları vəzifələrindən azad ediliblər.

Üstəlik 8 cəzaçəkmə müəssisəsinin mühafizə alaylarında da ciddi qanun pozuntuları aşkarlanıb.

Bütün bu rəqəmlər penitensiar xidmətin 2009-cu ildə fəaliyyətinin yekunlarına həsr olunmuş şurada səslənib.

Ötənin ilin aprelində amnistiya aktıyla azadlığa çıxan «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit deyir ki, bu statistika ilə yanaşı, il ərzində cəzaçəkmə müəssisələrində nə qədər işgəncə hallarının olması, işgəncə hallarından nə qədər məhbusun öldüyü barədə məlumatları da açıqlamaq yaxşı olardı:

QOBUSTANDA 9 MƏHBUS İNTİHAR EDİB?

Mirzə Sakit
«Son bir ildə Qobustan qapalı həbsxanasında 9 nəfər intihar edib. Belə məsələləri açıqlasınlar. Niyə özlərinə lazım olan hesabatları açıqlayırlar?».

Qaldı ki, cəzaçəkmə müəssisələrindən qadağan olunmuş əşyaların, spirtli içkilərin, narkotik maddələrin aşkar olunaraq götürülməsinə keçmiş məhbusa görə, yuxarıların razılığı olmadan bu, mümkün deyil. Mirzə Sakit deyir ki, cəza çəkdiyi müəssisəyə narkotik maddələrin keçirilməsilə bağlı məlumatları tez-tez eşidirmiş:

HƏBSXANALARA NARKOTİK KEÇİRİLMƏSİNƏ KİM NƏZARƏT EDİR?

«Həbsxanalara narkotik maddələr düşünülmüş şəkildə keçirilir, hətta qiymət də qoyulur ki, narkotik maddənin satışından nə qədər pul çıxmalıdır. Narkotika satışından milyon manatdan artıq pul çıxır».

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir ki, cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti və qidalanmasında müsbət irəliləyişlər olsa da, müəyyən problemlər hələ də qalmaqdadır. Hüquq müdafiəçisi həbsxanalarda işgəncədən ölənlərin olmasını təsdiqləyir, amma həmin məlumatların daha çox qapalı saxlanılmasınıın tərəfdarıdır:

«İŞGƏNCƏDƏN ÖLÜMÜ QAPALI SAXLAYAQ»

«Elə şeyləri konfidensial saxlamaq lazımdır. Yəni bu dəqiqə hər şeyi açıb-ağardıb danışsaq, əlbəttə bu, bəzi problemlər də yarada bilər. Ona görə mən həmişə deyirəm problemlər bu gün də mövcuddur və onları vaxtında aradan qaldırmaq lazımdır».

Penitensiar Xidmətin İctimayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov isə həbsxanalarda müxtəlif səbəblərdən və xəstəlikdən ölən məhbusların sayının ötən illərlə müqayisədə kəskin azaldığını deyir. Şöbə rəhbəri məhbusların işgəncədən ölməsi hallarını isə tam təkzib edir:

«Məhkumlara işgəncə verilməsi halları son illər ümumiyyətlə qeydiyyata alınmayıb. İstər yerli, istərsə də beynəlxalq qurumlar tərəfindən aparılan yoxlamalalar, monitorinqlər zamanı məhbuslara işgəncə verilməısi və bu səbəbdən ölüm halları qeydə alınmayıb».

Bakıda 6 saylı həbsxana, 17 mart 2009
Xidmət rəsmisi həbsxanalara narkotik maddələrin, spirtli içkilərin keçrilməsini inkar etmir. Amma bunun həbsxana rəhbərliyinin razılığı ilə olması iddiasını əsassız hesab edir.

2009-cu ildə həbsxanaya narkotik maddə keçirməyə cəhd göstərən 16 nəfər mülki şəxslə yanaşı üç nəfər müəssisə əməkdaşının da ifşa olunduğunu deyən Mehman Sadıqova görə, belə hallar təssüf doğurur:

«Sadəcə olaraq biz nə edə bilərik ki, bizim aramızda da, təssüflər olsun ki, hərdən bir bizim əməkdaşlar da olur ki, qadağan olunmuş əşyaları və narkotik maddələri içəri keçirməyə cəhdlər edirlər».

Mehman Sadıqov qadağan olunmuş əşya və maddələrin həbsxanaya keçrilməsini nəzarətin zəifliyi ilə də izah etməklə razılaşmır. Bəs onda 140 litrdən artıq spirtli içki həbsxanaya necə keçrilir?

«Təsəvvür edin, bir balon konyak gətirlər, onun içərisinə bir iki meyvə atırlar ki, güya bu kompotdur. Bizim əməkdaşlar araşdıranda məlum olur ki, bu konyakdır, sadəcə gözdən pərdə atmaq üçün içərisinə bir iki meyvə atıblar».

Mehman Sadıqov deyir ki, bəzi hallarda məhbuslar onlara gətrilən meyvə və konfetdən «braqa» deyilən spirit içki hazırlamağa da cəhd edirlər.

Mehman Sadıqov həbsxanalarda korrupsiya hallarının olmasını da təkzib edir. Onun sözlərinə görə, həbsxanalar müasir standartlara uyğunlaşdırıldıqdan məhbusların kiməsə pul verməsi, kiminsə «bığının altından keçməsi»nə ehtiyac qalmır.

Mehman Sadıqova görə, indi problemlərlə üzləşən məhbuslar bu barədə beynəlxalq təşkilatların nümayəndələrinə və daha yuxarı qurumlara müraciət edə bilərlər.

Emin Fətullayev
«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayeva baş çəkmək üçün tez-tez 12 saylı cəzaçəkmə müəssisəsinə gedən Emin Fətullayev deyir ki, oğlu ilə görüşlərə görə ondan həbsxanada heç kim heç bir şey istəmir. Amma o, həbsxanada şəraitsizlikdən şikayətçidir. Emin Fətullayev deyir ki, 1500 -ə qədər məhbusun cəza çəkdiyi müəssisədə 30 nəfərlik tualet var, onun da suyu yoxdur.

MƏHBƏSDƏ PULLU TUALET?

«Kimin pulu var, o səhərlər həmin pullu ayaqyolundan istifadə edə bilir. Eynulla istəyirdi ki, ora su çəkdirsin, məndən ona görə pul da istəmişdi, amma narkotika məsələsi buna mane oldu.

Emin Fətullayev iddia edir ki, əslində həbsxanada pulsuz hərəkət etmək qeyri-mümkündür».
XS
SM
MD
LG