Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:37

JMK: «Azərbaycan hakimiyyəti başa düşməlidir ki...»


«Biz Azərbaycanda ifadə azadlığının kriminallaşdırılması təcrübəsindən istifadə olunmasından dərin narahatlıq keçirir və hakimiyyəti Adnan Hacızadə və Emin Millini dərhal azad etməyə çağırırıq».

Bu bəyanatla Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi çıxış edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya proqramları üzrə direktoru Nina Oqnyanova deyib ki, ittiham və məhkəmə prosesi absurd və gülməli olsa da, həmkarlarımızın azadlıqdan məhrum edilməsində komik heç nə yoxdur:

«Azərbaycan hakimiyyəti başa düşməlidir ki, dövlət vəzifəsi daima ictimaiyyətin diqqətindədir və tənqid hədəfidir. Ona görə də onlar bu tənqidlərə dözümlə yanaşmağı öyrənməlidirlər»-deyə, bəyanatda bildirilir.
XS
SM
MD
LG