Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:02

«Sən niyə mənim kimi düşünmürsən ittihamından əxlaqsız şey yoxdur»


Mehriban Ələkbərzadə
Mehriban Ələkbərzadə
Martın 19-u «İşdən sonar»da «Ziyalı mövqeyi»nin qonağı telejurnalist Mehriban Ələkbərzadə Xədicə İsmayılova ilə fikirlərini bölüşüb:

- Hər baş vermiş hadisələrdən sonra gərək müəyyən zaman keçsin ki, onu daha durğun görəsən. Əgər indidən görsəydim ölkəni idarə edən olardım. Emosional və subyektiv ideyalarıma görə mənim başımı sığallamayıblar. Mən sadəcə tarixçiyəm, tarixçi filmlər üzrə bacardığım qədər nə qədər ömrüm çatacaqsa bir–iki iş görə bilərəm. Qanad yanır, qanad bir dəfə yanır, ikinci dəfə yana bilməz. İnsan o zaman millətçi olur ki, onu yaşamağa və qorumağa məhkumdur.

Mehriban Ələkbərzadə ədəbiyyatımızın bu günündən də danışıb:

- Hər bir yazar qələminin ucunda özünü ifadə edir. Hər bir yazı insanın öz iç dünyasının kağıza tökülməsidir. Onu hansısa baxışlarında qınamaq düzgün deyil. «Sən niyə mənim kimi düşünmürsən ittihamından əxlaqsız şey yoxdur». İnsan bütün neqativ cəhətləri Azərbaycan obrazında görürsə, çox pis, nə etməli deməli, gördüyü odur.

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG