Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:52

Qalmaqallı rəssamın şok etirafı


Nə vaxtsa siyasətə gəlməyi nəzərdən keçiribsiz?

Yox, çalışıram siyasətə qarışmayım. Aktiv siyasətçi olmaq, mənim aləmimdə yaxşı fikir deyil. Çünki mənim siyasətə gəlişim həm də daim ictimai diqqət mərkəzində olmağım deməkdir. Mənsə istəyirəm şəxsi həyatım olsun. Elə indinin özündə də, bir də baxırsan ki, hansısa sərsəm jurnaslit sənin hansısa qızla birgə fotonu sarı mətbuatda yerləşdirib... Mən şəxsi həyatımı qorumaq istəyirəm, istəmirəm ki, media söz-söhbətimi aparsın

Gəlin Sizin əsərlərə qayıdaq. Ötən il Avropa Birliyi üçün hazırladığınız mozaika qeyri-adi sənət əsəsri kimi bütün dünyaya səs saldı. Siz bu qalmaqala bilərəkdən getdiniz, yoxsa mozaika sadəcə ifadə forması idi.

Bu bir zarafat idi, Entropanı qeyri-adi edən isə onun quraşdırıldığı yer idi – Avropa Birliyinin Bresseldəki binası. İndi burada, Praqada DOKSqallery-də asılıb, heç baxan da yoxdu.

Azərbaycanı həmin xəritəyə daxil etsəydiniz, bu ölkəni necə təqdim edərdiz?

Bu sualı bütün ğlkələrdə mənə verirlər. Amma biz Entropanı hazırlayanda 3 ay ancaq ona sərf etdik ki, hər ölkəni necə təqdim edəcəyimiz müəyyənləşdirək. Odur ki, gərək bağışlayasan, bu suala belə, atüstü cavab vermək olmur.

Lutsernada baş-ayaq asılan at, onun mənası nədir?

Heç bir mənası-zadı yoxdur, sadəcə gözəl sənət əsəridir.

Bəs axı at ölüdür?

Elədir, at ölüdür...

Niyə?

Çünki ölüb...

Burada nəsə gizli bir mesaj yoxdu ki?

Əlbəttə gizli mesaj var. Amma qoy adamlar özləri nəticə çıxarsınlar. Məncə rəssam nəyisə yaradıb onun izahını elan etsə, düzgün olmaz Bu işi adamların təxəyyülünə vermək lazımdır


Hansı əsərinizlə daha çox fəxr edirsiz?

ABŞ-da, Charlotte üçün hazırladığım heykəl – “Fırlanan baş”. Tamamilə mənasız olsa da çox gözəl əsərdir.

Məxməri inqilab zamanı, Siz 20 yaşlarında bir gənc idiniz. Mitinqlərdə iştirak edirdiz? O günləri necə xatırlayırsız? İndiki zamanla müqayisədə Sizə daha maraqlı, daha mənalı gəlir, ya necə?

Böyük günlər idi, çünki bizim ümidimiz var idi. İnqilaba qədər mən əmin idim ki, kommunizm məni mühacirətə vadar edəcək. Əlbəttə mən dissident deyildim, amma kifayət qədər fəal idim. Sərgilər təşkil edirdim, məxvi polis gəlib onları bağlayırdı. Ən başlıcası isə bizdə belə bir hiss yarandı ki, gördüyümüz işin əhəmiyyəti var, mənası var. Bu mübarizədə başa düşdük ki, biz bu ölkəyə lazımıq, mühacirət etməməlik. Amma inqilabdan əvvəl 100 faiz əmin idim ki, çıxıb ölkədən gedəcəyəm.

Sizə məşhurluq gətirən ilk işiniz Praqadakı sovet tankını çəhrayı rəngə boyamaq oldu. Nə idi bu, sovetlərə etiraz?

O vaxt mən Bratislavadan bir qıza vurulmuşdum. Onun 18 yaşı vardı, mənim 21. Dəhşətli şəkildə onun istəyirdim. Qərara gəldim ki, bu yolla diqqəti özümə cəlb edim. Məqsədimə çatdım. Məni TV-də görüb əvvəl mənə zəng elədi, sonra da Praqaya gəldi.

Zarafat eləmirsiz, belə çıxır ki, bu, məhəbəət ismarıcı idi?

Əlbəttə zatafat eləmirəm. Istəyirsən onun telefon nömrəsini verim.

Sizin köynəyinizdə kommunizmin ünvanına söyüş yazılıb. Hələ də kommunizmlə mübarizədəsiz?

Hə, hələ də kommunizmlə vürüşüram

Fikirləşirsiz ki, kommunizmin qadağan olunmalıdır?

Yaxşı olardı ki, kommunizm qadağan edilsin. Onu qadağan etməyənlər böyük tarixi səhvə yol verdilər.

Bəs nəyisə qadağan etmək nə dərəcədə düzgündür?

Necə ki, faşizm qadağan olundu, elə də kommunizm...

Belə çıxır ki, Sizin üçün kommunzimlə faşizmin fərqi yoxdur?

Fərqi yoxdu. Kommunzim, bəlkə faşizmdən də pisdir, çünki onlar daha çox adam oldürüblər

Azərbaycanda olmusuz?

Yox. Amma mənim dostum Aəzrbaycan haqqında bir film çəkmişdi. Film Xarici şirkətlərin neftə sahib cıxmaq üçün yerli hökumətə necə rüşvət verməsi, bu planların həyata keçirilməsu üçün yerli əhaliyə necə divan tutlmasından bəhs edirdi.

David Çerny Azərbaycanda doğulsaydı, onun aqibəti necə olardı?

Yəqin ki, mühacirət edərdim.

XS
SM
MD
LG