Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:59

Gəncə və Qazaxda tələbələr "beş"i neçəyə alır?..


Gəncə Dövlət Universiteti
Gəncə Dövlət Universiteti


GƏNCƏDƏ “ÜÇ” 30 MANATDIR?


Gəncə Dövlət Universitetinin və Müəllimlər İnstitutunun Qazaxdakı filialının bir qrup tələbəsi Azadlıqradiosuna oxuduqları təhsil müəssisələrindəki korrupsiya və rüşvətin geniş yayıldığını deyiblər. Gəncə Dövlət Universitetinin tələbələri onlarda neçə qiymətə nə qədər pul alındığını da bildirdilər. Dediklərinə görə, bu ali məktəbdə “üç” qiymətinin dəyəri 30, “dörd”ün dəyəri 40, “beşin” dəyəri isə 50-60 manatadır. Tələbələr yekunda heç diplom işi yazmağa da məcbur deyillər. Sadəcə əksər hallarda sovet illərində yazılmış köhnə diplom işləri məzunlara 300 manatdan 500 manata qədər qiymətə satırlar.


TƏLƏBƏLƏR RÜŞVƏTDƏ ÖZLƏRİNİ GÜNAHKAR BİLDİLƏR

Tələbələr etiraf edirlər ki, Gəncə Dövlət Universitetində yaxşı oxuyan tələbələrdən heç kim qiymətə görə pul tələb etmir. Onlar hesab edirlər ki, rüşvətin gunahkarı 60 faiz halda tələbələr özləridir.

Onlar pulun müəllimə necə çatdırılmasını da izah edirlər. Bildirirlər ki, əgər əvvəllər tələbələr müəllimlərə qiymətə görə pulu ayrı-ayrılıqda verirdilərsə, son vaxtlar bütün pulları bir tələbə yığıb onu müəllimə çatdırırı. Əvəzində də həmin pulu yığan tələbə öz qiymətini “havayı” yazdırır.

Amma onların arasında kiməsə pul vermədən əla qimyətlərlə oxuduğunu deyənlər də var.

PROREKTOR “HƏMİN MÜƏLLİMİ BU DƏQİQƏ QOVARAM” DEYİR

Gəncə Dövlət Universitetinin Tərbiyə İşləri üzrə prorektoru Asif Cavadov isə tələbələrin rüşvətlə bağlı dediklərini qətiyyən yaxına buraxmır. O, bildirir ki, əksinə, bu universitetdə rüşvətə qarşı mübarizxə olduqca ciddir: “Rüşvət alınan tələbə gəlsin bizə desin mən günü bu gün həmin müəllimi universitetdən qovaram. Mən 100 faiz deyə bilmərəm, olan bilər, hansısa müəllim hardasa nə isə edib, bütün müəllimlərə nəzarət etmək olmur, ümumilikdə bizim universitetdə rüşvətxorluq var demək ədalətsizlikdir. Varsa tələbələr universitetdə faliyyət göstərən qaynar xətt telefonlarına müraciət eləsinlər, məktub atmaq üçün universitetin bəzi yerlərində poçt qutuları var rüşvət istəyən, alan müəllimin adını familiyasını yazıb atsınlar biz bu məsələni araşdıraq”.

Prorektor deyir ki, əgər Gəncə Dövlət Universitetində tələbələrin dediyi kimi rüşvət halları olsa, bundan rəhbərliyin xəvər tutumaması qeyri-mümkündür. Əgər rəhbərlikdə belə məlumatlar yoxdursa, deməli, bu söz-söhbət də həqiqətə uyğun deyil.

Şəffaflıq Azərbaycan Təşkilatı Gəncə ofisinin kordinatoru Sevinc Məmmədova da bildirir ki, 2006-cı ildə iki tələbə diplom müdafiəsilə bağlı onlara müraciət ediblər və problem həmin tələbələrin xeyrinə həll edilib. Həmin vaxt tələbələrdən bir diplom işinin yazılmasına görə 300 dollar pul istəyirmişlər. Amma təşkilat bu məsələni tələbələrin xeyrinə həll edə bilib.

Sevinc Məmmədovanın sözlərinə görə, bundan sonra ofisə bu barədə müraciətlər olmayıb. Həmsöhbətim müraciətlərin olmamasını tələbələrin rüşvətlə təhsil almağa üstünlük vermələrilə izah edir.

QAZAXDA İSƏ “BEŞ”İN DƏYƏRİ 10 MANATDIR?

Rüşvətdən gileylənənlər təkcə Gəncə Dövlət Universitettindəki tələbələr deyillər. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında da tələbələr rüşvət əlindən dad edirlər. Amma Gəncədən fərqli olaraq Qazaxdakı tələbələr qiymətlərin nisbətən aşağı olduğunu bildirilər. Misal üçün, Qazaxda təhsil alan tələbələr deyirlər ki, Gəncədə “üç” üçün verilən pula onlar az qala bütün imtahanları yola verirlər. Onların bildirdiklərinə görə qiymət kitabçasına “Üç”ü 5 manata, “dörd”ü 6-7 manata, “beş”i isə 10 manata yazdıra bilirlər.

Müəllimlər İnstitutunun Qazax filialı da tələbələrdən eşitdiklərimizin yalan olduğunu dedilər. Filialın direktoru İsa Veyisov bildirir ki, burada çalışan müəllimlər 3-5 manata möhtac deyillər və onların rüşvət almalaı haqqında deyilənlər bohtandan başqa bir şey deyil.

Gəncə və Qazaxda tələbələrdən eşitdiklərimiz və müəllimlərinin onlara cavabları haqqında polemikanı burada dinləyin.
XS
SM
MD
LG