Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:30

«Əli Həsənov: Sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq»


«Seçkilərin bütün mərhələlərində bütün namizədlərə, partiyalara, təşkilatlara Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlunun aksiya keçirmək üçün ayrılan yerlərin sayının artırılması barədə fikirlərinə münasibət bildirən Ə. Həsənov bunları deyib:

«Bu məsələyə baxılmır. Seçki kampaniyası dövründə belə yerlər ayrılacaq və əvvəlcədən KİV-də bu barədə məlumat veriləcək».

Seçki məcəlləsinin dəyişdirilməsi məsələsinə gəlincə, PA şöbə müdiri bildirib ki, Azərbaycan Seçki Məcəlləsi Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların tövsiyələri və iştirakı ilə hazırlanaraq qəbul olunub:

«Onlar indiyə qədər də bəyan ediblər ki, bu Seçki Məcəlləsi ilə demokratik seçkilər keçirmək mümkündür. Seçki Məcəlləsi Avropa standartlarına cavab verir. Biz də bu gün onu dəyişmək zərurətini görmürük. Əgər belə təkliflər varsa, müzakirə oluna bilər. Amma bütövlükdə Seçki Məcəlləsinin dəyişdirilməsi günün mövzusu deyil». /APA/
XS
SM
MD
LG