Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Əli Həsənov: «Amerika ehtiyatlı olmalıdır»


«Amerika Qarabağ münaqişəsində də həlledici mövqeyə malik bir ölkədir. Üç ölkədən biridir. Ermənistana yardımlarda, onun çətin vəziyyətdən çıxarılma missiyasında ehtiyatlı olmalıdır».

Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan öz siyasətində ABŞ-ın maraqlarını hər zamanı nəzərə alıb. Amma o hesab edir ki, ABŞ bunun qarşılığını verməyib, əksinə Ermənistana dəstək siyasəti aparır.

Əli Həsənov deyir ki, elə buna görə də Azərbaycan adekvat addım atmağa başlayır:

«Azərbaycana normal, dost, tərəfdaş münasibəti bəsləməyən ölkəyə niyə dost, təfərdaş münasibət bəsləməlidir? Mən fikirləşirəm ki, Azərbaycan hakimiyyəti və ictimaiyyəti artıq adekvat addımlar atmaqdadır, Dağlıq Qarabağ problemiylə bağlı alternativ yollar axtarmaqdadır».

Prezident Administrasiyasının şöbə müdiri ABŞ-ı Minsk həmsədrləri institutundakı fəaliyyətinə görə də tənqid edib və Amerikanın bu qurumdakı təmsilçiliyinin Azərbaycana bir töhfə vermədiyini bildirib.

Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Terri Devidson isə AzadlıqRadiosuna bildirib ki, onun hökuməti Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətlə həlli üçün uzun müddətdir bütün səyləri dəstəkləyir.
XS
SM
MD
LG