Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:40

ABŞ rəsmisi Amerika-Azərbaycan münasibətlərinə şərh verməkdən yayındı


Filip Krouli
Filip Krouli
Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli ənənəvi brifinqdə Vaşinqtonda aparılan Ermənistan-Türkiyə danışıqlarının yekunlarını şərh edib.

«Bu həftə Türkiyə və Ermənistan tərəfləri ilə çox dolğun danışıqlar olub. Biz hər iki tərəflə iş formulu axtarmaqda davam edirik. Bu zaman Qarabağ nizamlanması üzrə Minsk prosesini birmənalı şəkildə dəstəkləyirik. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ötən payızdan ləngiyib və biz istərdik ki, tərəflər protokolları təsdiq etsinlər. Bunun hər iki tərəf üçün böyük əhəmiyyəti olardı. Biz sənədlərin təsdiq edilməsi vaxtının yaxınlaşdırılması məqsədilə hər iki tərəflə işi davam etdiririk», - deyə o bildirib.

Krouli Vaşinqtonun Azərbaycanın bu proseslərlə bağlı etirazına reaksiyası barədə suala cavab verməkdən yayınıb:

«Bu istiqamətdə işi davam etdiririk və hər iki tərəfin müəyyən öhdəlikləri var. Hər iki ölkənin parlamentində bu məsələlərin razılaşdırılması kifayət qədər çətin prosesdir. Bilirik ki, bu proses hər iki tərəfdən həssaslıq, risk tələb edir. Biz prosesdə irəliləyişə nail olmaq üçün Ermənistan və Türkiyə ilə konstruktiv işləyəcəyik». / Turan /
XS
SM
MD
LG