Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:54

«Qarabağ məsələsi həll olunmayınca Türkiyə Ermənistanla sərhədi açmayacaq»


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 18-də bəyan edib ki, Dağlıq Qarabağ məsələsi həll edilməyincə Türkiyə Ermənistanla sərhədi açmayacaq.

Anadolu agentliyinin məlumatına görə, Ərdoğan deyib ki, «nə qədər ki Dağlıq Qarabağın işğalı davam edir, biz belə bir addım ata bilmərik».

Ötən ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarda iki ölkə arasındakı sərhədlərin açılması və diplomatik münasibətlər qurulması nəzərdə tutulur.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə 1993-cü ildə Ermənistanla sərhədləri bağlayıb.
XS
SM
MD
LG