Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:58

«Ehtimal azdır ki, prezident bizi qəbul etsin»


Rauf Arifoğlu
Rauf Arifoğlu
«Ehtimal azdır ki, prezident bizi qəbul etsin».

Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. Həbsdə olan jurnalist Eynulla Fətullayevin məhkəmədə həmkarlarına müraciətindən sonra iyunun 3-də bir qrup redaktorun yığışıb məsləhətləşdiyini deyən Arifoğlu, Prezident Administrasiyasının hüquq–mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət etdiklərini bildirib:

«Sorğu göndərmişik ki, Avropa Məhkəməsinin Eynulla Fətullayevin dərhal azadlığa buraxılması barədə qərarı niyə yerinə yetirilmir. Müraciətin üzü Ədliyyə Nazirliyinə və digər aidiyyatı orqanlara göndərilib».

Rauf Arifoğlu deyib ki, artıq prezidentə də müraciət olunub. Müraciətdə jurnalistlər prezidentlə görüşmək istədiklərini bildiriblər. Redaktor deyib ki, ehtimal azdır ki, president jurnalistləri qəbul etsin. Bunun səbəbini Rauf Arifoğlu belə izah edib ki, indiyə qədər president İlham Əliyevin jurnalistlərlə görüşü olmayıb. Prezident görüşə razılıq versə, deməli, məsələ müsbət həllini tapa bilər.

«Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə deyib ki, dövlət başçısının bütün olanlardan xəbəri var:

«Ancaq məsələ ondadır ki, prezidentə bütün bu məlumatları nə formada çatdırırlar, onu deyə bilmərəm».

Elçin Şıxlı da deyib ki, görüşün baş tutma ehtimalına az inanır. O bildirib ki, prezident görüşə razılıq versə, digər məsələlər, o cümlədən azad söz məsələsi müzakirə olunacaq.


/Hazırladı: Kamran Mahmudov/

HƏMÇİNİN OXU

HƏMKARLARI EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK ÜÇÜN HANSI ADDIMLARI ATA BİLƏRLƏR?
XS
SM
MD
LG