Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:41

Eynulla Fətullayev aclıq aksiyası keçirir, ya yox?


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Mehman Sadıqov «Mediaforum» saytına bildirib ki, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin məhbus baş redaktoru Eynulla Fətullayev aclıq aksiyası keçirmir.

Şöbə müdiri qeyd edib ki, məhbus jurnalist aksiyaya başladığı barədə hazırda saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə heç bir rəsmi müraciət etməyib.

Eynulla Fətullayevin vəkili İsaxan Aşurov «Mediaforum»a deyib ki, iyunun 3-də o, hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb.

İsaxan Aşurov deyib ki, Eynulladan aksiyanı dayandırmaq üçün ondan xahiş edib. Amma vəkil müdafiə etdiyi aclıq aksiyasını dayandırıb dayandırmadığını iyunun 5-də dəqiqləşdirəcək.

Vəkil əlavə edib ki, iyunun 3-də Eynulla Fətullayevlə görüşərkən səhhəti normal idi.

İyunun 2-də sonuncu məhkəmə prosesində məhbus jurnalist Eynulla Fətullayev aclıq aksiyasına başlayacağını elan edib.

2007-ci ildə Eynulla Fətullayev vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamlarıyla üst-üstə 8 il yarım həbs cəzası alıb. Avropa Məhkəməsinin çıxardığı qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamıyla məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.
XS
SM
MD
LG