Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:02

«Klintonun müxalifətlə görüşməməsini nəylə izah edəcəklər?»


Əli Kərimli
Əli Kərimli
«ABŞ Dövlət katibinin Azərbaycana səfəri fürsətdir ki, Birləşmiş Ştatlar bütün dünyaya sübut etsin ki, əməldə də demokratiya və insan haqlarının taleyi Vaşinqton üçün enerji məsələləri qədər önəmlidir. Bu fürsət dəyərləndirilməlidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP sədri Əli Kərimli ABŞ-ın Dövlət katibi Hillari Klintonun iyulun 4-də Bakıya gözlənilən səfərində müxalifət nümayəndələri ilə görüşməməsinə münasibət bildirərkən deyib. Əli Kərimli deyib ki, Hillari Klintonun Gürcüstanda müxalifət nümayəndələri ilə görüşüb, Azərbaycan və Ermənistanda görüşməməsi sual doğurur:

«Mən hesab etmirəm ki, səfərlə bağlı bütün məsələlər həll olunub. Məncə, bununla bağlı ABŞ Dövlət Departamentinin hesabatı olmalıdır. Mənim üçün maraqlıdır ki, bunu necə izah edəcəklər?».

Əli Kərimli deyib ki, hər iki ölkənin dövlət rəsmiləri də etiraf edirlər ki, ABŞ və Azərbaycan arasında fikir ayrılıqları var. Bu ziddiyyat, demokratiya, insan haqları, media azadlığına fərqli münasibətdən doğur. Dövlət katibi mütləq bu məsələləri müzakirə etməlidir. Bunun nəticəsini isə ictimaiyyət də bilməlidir.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, Hillari Klinton avtoritar bir ölkədə müxalifətlə görüşsə daha yaxşı olar. O deyib ki, bu səfər planı ölkə rəsmiləri ilə birgə hazırlandığından Gürcüstanda onun müxalifətlə görüşməsi
Ərəstun Oruclu
yəqin bu ölkənin prezidenti MixailSaakaşvili üçün problem yaratmadığı üçün razılıq verib. Digər ölkələrin rəhbərləri isə bundan çəkiniblər.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu isə deyib ki, Dövlət katibinin bu ölkələrdə müxalifəıtlə görüşmək istəməməsi onu deməyə əsas verir ki, deməli, ABŞ-ın bu iki ölkədən umacağı var:

«Belə məqsədlər olduqda onlar hakimiyyət rəsmilərinin qılığına girmək istəyirlər. Bütün təmaslardan çəkinirlər, bütün demokratik prinsiplərin üstündən xətt çəkib, atırlar bir kənara. Bu danışıqlar baş tutmadıqda isə hansısa təsir mexanizmi işə düşür. Həmin anda müxalifət yada düşür».

Ərəstun Oruclu deyib ki, bu iki ölkədən fərqli olaraq, Gürcüstan müxalifəti daha üzüyola və konstruktivdir.


/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG