Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:14

“Washington Post” Klintonun Bakıda “büdrəməsindən” yazıb


“Washington Post” qəzeti özünün baş məqaləsində Amerika dövlət katibi Hillari Klintonun mərkəzi Avropa və Qafqaza səfərini – “dostların könlünü almağa" yönələn səfər kimi təqdim edib.

Qəzet yazır ki, Klinton elə ölkələrə səfər edib ki, onların Amerika ilə münasibətlərində müəyyən inciklik, Amerikanın son dövrlərdəki siyasəti ilə bağlı nigarançılıq yaranıb.

Əsasən də Amerikanın Rusiyayla münasibətlərini yaxşılaşdırmasının nəticəsində.

Belə ölkələrdən biri Polşadır. Keçmiş prezident Buş bu ölkədə raket əleyhinə müdafiə sistemləri yerləşdirmək istəyirdi. Rusiya buna qəti etiraz edirdi.

Yeni prezident Obama isə bir neçə ay qabaq qəfildən Polşada raketdən müdafiə sistemi qurmaq planını ləğv etdi.

(Bunun əvəzində Polşanın raketdən müdafiə sistemini müasirləşdirmək təklif etdi). Bu qəfil imtina Polşada birmənalı qarşılanmamışdı.

Klinton yeni təkliflə bağlı Polşanın müdafiə nazirliyi ilə sazişə imza atıb.

Polşanın müdafiə naziri Radek Sikorski də yeni təklifin onlar üçün daha əlverişli olduğunu bildirib.

Bu açıqlama Amerikada da müxalifətdəki respublikaçıların Obama administrasiyasının ünvanına səsləndirdiyi, onun müttəfiqlərə lazımi dəstək verməməsi ilə bağlı tənqidlərin üzərinə "su səpə” bilər.

Klinton Gürcüstanda da olub, bu ölkəyə dəstəyini ifadə edib. Rusiyayla yaxınlaşmaya baxmayaraq separatçı Abxaziya və Cənubi Osetiya məsələlərində Gürcüstanın tərəfini saxladıqlarını bildirib.

Polşada olarkən xanın Klinton insan haqları məsələsindən danışıb, “dünyada bir sıra hökumətlərin mülki cəmiyyəti tədricən əzdiyini” bildirib.

Belə ölkələrdə müstəqil QHT-lərə yardım edəcəklərini vəd edib.

Qəzet yazır ki, dövlət katibi dediyi bu sözlərə uyğun bir hərəkət olaraq “strateji əhəmiyyətli enerji ölkəsi olan, avtokratik hökumətli Azərbaycan”da da ictimai fəallarla görüşüb, həbsdə olan bloggerlərin azadlığa buraxılmasına çağırıb.

“Amma Bakıdakı mətbuat konfransında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı sualı cavablandırarkən Klinton İlham Əliyev hakimiyyəti haqda onun layiq olmadığı sözlər deyib – bildirib ki, bu sahədə Azərbaycanda çox böyük irəliləyişlər olub.

Bir azərbaycanlı jurnalist ona xatırladıb ki, insan haqlarını müdafiə təşkilatlarının hesabatları bunun əksini deyir. Klintonun büdrəməsi başadüşüləndir.

Xanım Klinton Azərbaycana dost rejimlə danışmağa gəlmişdi.

Amma belə bir müsbət fikir hətta bəraət qazandırılası olsa belə, həqiqətdən imtina hesabına dilə gətirilməməli idi”.
XS
SM
MD
LG