Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:13

Türk ordusundakı təyinat böhranı sona çatıb


Quru qüvvələri komandanı, ordu generalı İşık Koşanər Türkiyə silahlı qüvvələri Baş qərargahının rəisi təyin edilib
Quru qüvvələri komandanı, ordu generalı İşık Koşanər Türkiyə silahlı qüvvələri Baş qərargahının rəisi təyin edilib
Ali Hərbi Şuranın 1-4 avqust tarixləri arasında keçirilən iclaslarında hökumətlə silahlı qüvvələr arasında yaşanan «təyinat böhranı» sona çatıb.

Baş nazir Ərdoğanın quru qüvvələri komandanlığına ordu generalı Hasan İğsızın gətirilməsinə qarşı çıxmasından sonra yaranan böhran Baş qərargahın bu vəzifəyə yeni namizəd göstərməsi ilə aradan qaldırılıb.

Prezident Abdullah Gülün bazar gecəsi imzaladığı qərarla quru qüvvələri komandanı, ordu generalı İşık Koşanər Türkiyə silahlı qüvvələri Baş qərargahının rəisi təyin edilib.

Birinci ordunun komandanı, ordu generalı Ərdal Ceylanoğlu quru qüvvələri komandanı vəzifəsinə gətirilib. Koşanər vəzifəsini 3, Ceylanoğlu isə 1 il icra edəndən sonra pensiyaya çıxacaqlar.

Avqust ayının 30-na qədər qüvvə və ordu komandanlıqlarında təhvil-təslim mərsaimləri keçiriləcək. Baş qərargah rəisi, ordu generalı Koşanər vəzifəsinin icrasına 30 avqustda başlayacaq.

Quru qüvvələri komandanı vəzifəsinə gətirilən ordu generalı Ərdal Ceylanoğlu 28 fevral 1997-ci ildə Ərbakan hökumətinə «lazımi mesajı vermək üçün» tankları Ankaranın Sincan rayonunun küçələrinə çıxaran komandir kimi tanınır.

Milli Təhlükəsizlik Şurasının 28 fevral 1997-ci ildə 10 saat davam edən iclasında ordu generalları baş nazir Nəcməttin Ərbakanı «təriqət liderlərinə baş nazirin icra aparatında iftar verməkdə» günahlandırmış, hökumət başçısına əhatəli raport təqdim edilərək ona «Bizə səs verməyənlər islam dinindən yox, kartof dinindəndir», - sözləri xatırladılmışdı. İyunun axırında Nəcməttin Ərbakan baş nazir vəzifəsindən istefa vermişdi. Ərbakan-Çillər koalisiyası 1 il davam etmişdi.
XS
SM
MD
LG