Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:12

Prezident İlham Əliyevin qızı bank üzərində nəzarət əldə edib


Prezident İlham Əliyevin qızları Arzu (solda) və Leyla Əliyevalar
Prezident İlham Əliyevin qızları Arzu (solda) və Leyla Əliyevalar
«Bank Silk Way» ASC ötən həftə nizamnamə fondunun 45% - 32,19 mln. manata qədər artırılması prosesini başa çatdırıb. İndi bu bank nizamnamə kapitalının ölçüsünə görə ölkənin ən iri bankları onluğuna daxildir.

Bankın təkrar kapitallaşması 9,99 mln. manatlıq səhmlər emissiyası çərçivəsində həyata keçirilib. Yeni səhmlərin yerləşdirilməsi iyulun 23-dən başlayaraq, bir neçə mərhələdə baş tutub.

Ehtimal olunduğu kimi, səhmlərin dəyəri Bankın iki səhmdarı: dövlət başçısının kiçik qızı Arzu Əliyeva və «AZAL» milli aviasiya şirkəti rəhbərinin həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən ödənilib.

İndi onların hər biri bankın 35,6% ölçüsündə və dəyəri 11,5 mln. manata yaxın olan, veto hüququ verən səhmlər paketinə sahibdir.

Bankın üçüncü səhmdarının – «Silk Way Airlines» LTD-nin payı 41,8%-dən 28,8%-ə qədər azalıb (bu, heç nəyi dəyişmir, belə ki, aviaşirkət «Silk Way» holdinqin (bəzi məlumatlara görə, dövlət başçısının ailəsi və «AZAL» prezidentinin nəzarətində olan) strukturuna daxildir).

Bankdan səhmdar kapitalının strukturunun dəyişikliyi ilə bağlı şərh verilmir.

Bankın nizamnamə kapitalının artırılması KİV-də «Bank Silk Way»in (keçmiş Azal Bank - dövlət bankı) qanunsuz özəlləşdirilməsi haqqında yazılar fonunda baş verib. Bu nəşrlər cəmiyyətdə böyük rezonans və mübahisə doğurub, lakin rəsmi qurumlar onlara məhəl qoymayıb.

/Turan/
XS
SM
MD
LG