Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Gürcüstan 13 rus kəşfiyyatçısını tutduğunu açıqlayıb


Tutulanlardan 4-ü Rusiya vətəndaşıdır
Tutulanlardan 4-ü Rusiya vətəndaşıdır
Rusiyada hərbi kəşfiyyatçıların peşə bayramının qeyd edildiyi gün Gürcüstan 13 rus kəşfiyyatçısını tutduğunu açıqlayıb.

Onlardan 4-ü Rusiya vətəndaşıdır.

TUTULANLARIN ƏKSƏRİYYƏTİ HƏRBİ PİLOTLARDIR


Gürcüstan Daxili İşlər Nazirliyinin Əks-Kəşfiyyat İdarəsinin sədr müavini Orconikidze jurnalistlərə deyib ki, tutulanların əksəriyyəti hərbi pilotlardır. Onlar Gürcüstanın silahlı qüvvələrinin döyüş hazırlığı barədə məlumatları Rusiyanın Baş Kəşfiyyat İdarəsinə, GRU-ya ötürməkdə ittiham olunurlar:

«Əməliyyatın uğuruna görə hökumətin 2006-cı ildə xarici dövlətlərə işləyənləri buraxmaq barədə qərarına borcluyuq. Bu əməliyyat da o vaxt bir neçə nəfərin Daxili İşlər Nazirliyi ilə əlaqəsindən sonra planlaşdırılıb».

Gürcüstan televiziyasında noyabrın 5-i yayımlanan videoreportajda casusluqda ittiham olunanlardan bir neçəsi günahlarını etiraf edib. Bir neçə gürcü zabiti 2004-cü ildən şantaj vasitəsilə Moskvaya işləməyə məcbur edildiklərini bildiriblər.

Gürcüstan rəsmiləri deyirlər ki, casus şəbəkəsi əsasən Qara dəniz sahilindəki Acariya regionunda fəaliyyət göstərib. Tbilisi 2004-cü ildə bu regiona nəzarətini bərpa edəndən sonra.

TUTULANLARDAN İKİSİ ERMƏNİDİR


Tutulan Rusiya vətəndaşlarının arasında iki nəfər milliyyətcə ermənidir. 13 nəfərin hamısı Gürcüstanda məhkəmə qarşısına çıxarılacaq.

Qriqori Karasin
Rusiya Xarici İşlər Nazirliyi casus şəbəkəsiylə bağlı iddiaları «təxribat» adlandırıb. Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin «RİA Novosti»yə deyib ki, «bu həbslər Medvedevin qatılmaq istədiyi NATO sammitindən öncə Rusiyanın nüfuzunu zədələməyə hesablanıb və siyasi farsdır».

Gürcüstan prezidenti Mixeil Saakaşvilinin partiyasından olan deputat David Darçiaşvili AzadlıqRadiosuna deyib ki, hökumət öz vətəndaşlarını bu həbslər barədə məlumatlandırmağa borclu idi:

«Əgər belə etməsəydi, onda cəmiyət ölkəni, ailələrini və hər bir vətəndaşı gözləyən təhlükələrdən xəbərsiz qalardı. Onlar həm də dövlətin nə elədiyini, bu təhlükələri uzaqlaşdırmaq üçün ayrılan pulların hara xərcləndiyini də öyrənə bilməzdirlər».

KEÇMİŞ ZABİT RUSİYA KƏŞFİYYAT İDARƏSİNƏ YERLƏŞDİRİLİB


Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həbslər 4 il başlanan əməliyyatın sayəsində mümkün olub. Həmin əməliyyat nəticəsində həmçinin keçmiş sovet zabitini Rusiya Kəşfiyyat İdarəsinə yeridə biliblər. Həmin kəşfiyyatçı vasitəsilə də Rusiya xüsusi xidmət orqanlarının istifadə etdiyi şifrələri oxuyan xüsusi proqramı ələ keçiriblər.

Gürcüstan 4 il öncə də Rusiyanın bir zabitini casusluq ittihamı ilə həbs etmişdi. Bu hadisədən sonra Rusiya Gürcüstanla bütün ticarət əlaqələrini dondurmuşdu.

2008-ci ildəki Rusiya-Gürcüstan savaşından və Moskvanın Abxaziya və Cənubi Osetiya separatçı regionlarını tanmasından sonra bu iki dövlət arasında münasibətlər bərpa olunmayıb.
XS
SM
MD
LG