Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:45

Saakaşvilinin qeyri-adi müsahibəsi


Bu müsahibə diqqətimizi iki səbəbdən çəlb etdi. Səbəblərdən birini yazının girişində jurnalistlərin öz sözləri ilə ifadə etmək olardı: “Nə yaxşı bu dünyada hələ də elə prezidentlər qalıb ki, bu libasda onların hüzurunda peyda ola bilərsən”.

Bu sözlərin müəllifləri - rusiyalı jurnalistlər Kseniya Sobçak və Kseniya Sokolovanın adları az qala “qalmaqal” sinonimidir. Onları tez-tez məhkəməyə verirlər. Bir müddət əvvəl, onların Araz Ağalarovla müsahibəsinin əks-sədası hətta Azərbaycana gəlib çatmış, 1news.az saytı Azərbaycan prezidentinin yaxın qohumunu tənqid etməkdən özünü saxlaya bilməmişdi.

Ona görə maraqlı idi ki, Gürcüstan prezidenti ilə müsahibədə Sobçak-Sokolova tandemi bu dəfə hansı hoqqadan çıxacaq. Sanki bu gözləntilərə cavab kimi bütün yazı elə tərzdə təqdim olunub ki, oxucu hər an gərginlikdə qalır - indicə “aləm qarışacaq” düşünür.

Məsələn, müsahibənin bu yerinə diqqət edin:

...Elədir! Məhz buna görə təəcüblüdür ki, niyə Saakaşvili özünü belə ehtiyyatsız aparır. Məsələn bizimlə. Axı biz şübhəli adamlarıq, onun ayaqqabılarına civə tökə bilərik...

- Düz deyirsən. - Rəqfiqəmlə razılaşanda prezident özünəməxsus cəld yerişlə yenidən yemək masasına qayıdır.

- Necədir, qızlar, dadlıdır? Ürəyinizdən başqa nə keçir?

- Günaha batmaq istəyirik.

Prezident diqqətlə bizə baxıb əlindəki çəngəli yerə qoyur. Onu müşahidə edən şəxslər duruxurlar. (
Saakaşvilinin cavabını müsahibənin tam mətnindən oxuya bilərsiz - red.)

Bu birinci səbəb. İkinci səbəb isə müsahibədə Saakaşvili bir sıra həqiqətən maraqlı məsələlərə aydınqlıq gətirir.

Rusiya ilə müharibə başlayanda o harada idi?

Gürcüstan prezidenti qalstukunu niyə çeynəyirdi?

Gəncliyində Saakaşvili film çəkib. Bu filmdə porno var, yoxsa yox?

Və nəhayət müsahibənin aşağıdakı hissəsində Azərbaycanla birbaşa əlaqə gördük:

Sokolova: Məlumdur ki, Sizin Kremldəki həmkarınız korrupsiyaya qalib gəlməyi öz məqsədi elan edib. Bu sahədə ciddi uğurlar qazanmış ölkənin prezidenti kimi ona məsləhətiniz nə olardı?

Saakaşvili: Birincisi, əgər o uğur qazanmaq istəyirsə, gərək o və onun ətrafındakı qrup hakimiyyəti ələ alsın. Çünki təkbaşına lider olmur, oyun qaydalarını müəyyən edən siyasi sinif olur. İndiyədək heç bir avtoritar lider korrupsiyaya qalib gələ bilməyib.

Korrupsiyaya ancaq o zaman qalib gəlmək olar ki, siyasi elita, məmur aparatı və cəmiyyət arasında tam razılıq əldə edilsin. Amma əgər siyasətçi, hakim elita öz gələcəyini doğma ölkəsində görmürsə, Aralıq dənizi sahillərində evlər alır, arvadını - döğmağa, uşağını - oxutmağa İngiltərəyə göndərib, kapitallarını da ora köçürürsə, bununla öz ölkəsinin gələcəyi əleyhinə səs vermiş olur.

Sokolova: Bizdə hesab edirlər ki, rus mentaliteti Qərb dəyərlərini qəbul edə bilmir.

Saakaşvili: Niyə ki, elə yaxşı qəbul edir ki... Xüsusilə Aralıq Dənizi sahillərində malikanələr, İsveçrə bankları və İngilis yaxtaları formasındakı Qərb dəyərlərini ruslar çox sevirlər!

GQ Russia saytında dərc olunan “YAD PREZİDENT” adlı reportaj-müsahibəinin tam mətnini burada oxuyun
XS
SM
MD
LG