Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Köşə yazarları «WikiLeaks»dəki sənədlərdə Türkiyə-Azərbaycan münasibətlərini şərh edirlər


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
Səlahəttin Duman (“Vətən”)

İndi məni maraqlandıran məsələ budur: bundan sonra dünya liderləri bir-birinin üzünə necə baxacaq?

Tutaq ki, Azərbaycan dövlət başçısı Əliyev məmləkətimizə gəldi. Hökumət adamlarının başında olan “seyrək bığlı gərgin şəxsiyyət” də onun şərəfinə ziyafət verdi.

Belə ziyafətlərdə adətdir: liderlər qarşılıqlı şəkildə bir-birləri və ölkələri ilə bağlı nə düşünürlərsə, onun əksini deyərlər. Sonra dedikləri qeyri-səmimi sözlərin altını möhürləmək üçün qarşılıqlı şəkildə badə qaldırarlar. Bizim başımıza dikilən “seyrək bığlı əsəbi şəxsiyyət” içki içmədiyinə, içənlərə nifrət etdiyinə, beynindəki yaddaş kartında hələ açıqlanmayan içki yasağı qanunu daşıdığına görə, qədəhdə qaldırdığı şey - alkoqollu ola bilməz.

Əslində, protokol mənasında bizim ürəyimizdən keçən şey - onun kompot qədəhi qaldırıb, içindəki quru əncir kompotunu qurutmlamasıdır ki, bu da ona ən az 3 min karikaturaya başa gələr.

Kişmişi qədəhə süzə bilməzsən.

QƏDƏHLƏR QALXANDA

Təfərrüatı bir tərəfə qoyub əsas məsələyə keçək. İçində hər nə zəqqutum varsa, o qədəhlər qalxanda, əlbəttə ki, Əliyev bəzi sözlər deyəcək.

Nə bilim?

Məsələn, “Əziz dostum və canımdan irəli qardaşım”- deyə sözə başlayacaq. O vaxt bizim başımıza dikilən “seyrək bığlı əsəbi şəxsiyyət”in ağlına da internetdə verilən Wikileaks sənədlərindəki sözlər gələcək.

“Bu adam heç xoşuma gəlmir”.

Xoşun gəlsin, ya da gəlməsin. Hökumət işlərinin nə təhər olsa da, ıdari edilməsi lazımdır.
İndi bizimikinin də ayağa durub ona “Sən də mənim xoşuma gəlmirsən. Əslində atandan da xoşum gəlmirdi, cavan oğlan” - desinmi?

Deyək ki, ondan sonra da bu sözlərlə davam etmişdir:

“Azərbaycan sənin atanın malı idimi, birbaşa sənə miras qaldı? Bəs bu məmləkətin seçki qutusu hardadır?”.

Söz buraya gələndə qədəhdəki kompotu qarşısındakı adamın sifətinə çırpmaq diplomatik böhran yaradarmı, yaratmazmı? Onu da xarici işlər kadrları hesablasın..

Nazlı Ilıcak (“Sabah”)

Wikileaks bombası partladı. Bu ilk sarsıntı, ABŞ-dan kənardakı bəzi dövlətlərin səlahiyyətli nümayəndələrini də çətin vəziyyətdə qoydu. Məsələn, Azərbaycan dövlət başçısı İlham Əliyev. ABŞ xarici işlər naziri icra aparatının rəhbərəi William Burns-ə Rusiyaya qaz satışı sazişini Türkiyənin təbii qaz satışı mərkəzi halına gəlməsinə mane olmaq üçün imzaladıqlarını deyir. Türkiyənin xarici siyasətini (İsrailin əleyhinə olmasını, Həmas və Qəzza məsələlərindəki mövqeyini) sərt şəkildə tənqid edir. Bundan sonra İlham Əliyevin üzünə baxarkən Tayyib Ərdoğanın o sözləri xatırlatmaması mümkündürmü? Üzünə gül, arxadan dedi-qodu danış.

Əmrə Aköz (“Sabah”)

Bunu da unutmayaq: Sənədlərdəki məlumatların çoxu ya bilinir, ya da qüvvətli ehtimala söykənir. Məsələn, Azərbaycan lideri İlham Əliyevin üzümüzə gülüb dalımızca danışdığını elə bilirsiniz bizimkilər bilmirmi?

Əlbəttə bilirlər.

Ancaq nə edəsiniz ki, siyasət, xüsusilə də beynəlxalq siyasət bax, bu cür ikiüzlü, heysiyyət səviyyəsi aşağı, çirkli bir şeydir.

Ergun Babahan (“Star”)

AZƏRBAYCAN VƏ ƏLİYEV

Belə görünür ki, sənədlərin açıqlanmasının ən böyük sıxıntısı Türkiyə-Azərbaycan münasibətlərində yaşanacaq.

Bakı Türkiyənin təbii qaz satış mərkəzi olma cəhdini əngəlləmə niyyətini birbaşa prezident Əliyevin ağzından açıqlayır.

Azərbaycana görə dünya ilə üz-göz olmağı qəbul edən və söz verməsinə baxmayaraq, Ermənistanla sərhəddi açmayan Ankara, (Azərbaycanın) bu mövqeyinin bir əvəzi olacağını göstərmək məcburiyyətindədir.

Bu sənədlər Azərbaycanın “dostluq və qardaşlıq” mesajlarının saxtalığını açıq-aydın göstərir.
XS
SM
MD
LG