Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:12

«Əliyevin üçüncü prezidentliyi ikincidən çətin olacaq»


Bakı - 2010
Bakı - 2010
“2011-2015-ci illərdə Avropa Birliyi ilə Rusiya arasında Azərbaycanın enerji resursları uğrunda mübarizə güclənəcək.

Azərbaycanın 2006-2010-cu illərdəki 16 faizlik illik iqtisadi artım sürəti 2011-2015-ci illərdə 4 faizə düşəcək.

İlham Əliyev 2013-ci ildə çox güman ki, yenidən prezident seçiləcək, ancaq iqtisadi artımın azalmasına görə, onun üçüncü prezidentliyi daha ciddi sınağa çəkiləcək”.

Bu, Economist İntelligence Unit təşkilatının Azərbaycan haqda yeni hesabatındandır.

“2011-2015-ci illərdə Azərbaycanda inflyasiya bir rəqəmli olacaq.

2011-ci ildə manat dollara nisbətən sabit qalacaq. “

YENƏ KORRUPSİYA, MONOPOLİYA

İqtisadi siyasət haqda hesabatda deyilir ki, “Azərbaycanda biznes mühiti çətin olaraq qalacaq. Səbəb korrupsiyadır, formal və qeyri-formal monopolistlərdir. Dünyadakı iqtisadi vəziyyət də çətin olduğuna görə, hökumətin qeyri-neft sektoruna investisiyaları artırması çətinləşəcək”

Hesabata görə, 2009-cu ildə Azərbaycanda iqtisadi artım 9,3 % olub. Bu da Şərqi Avropada ən yüksək göstəricidir.

Ancaq bu artım neft və qaz istehsalının 13,5 faizlik artımı sayəsində baş verib. Neftin qiymətinin azlığı bu istehsal artımının effektini azaltdı.

Economist İntelligence Unit 2012-2015-ci illər arası neftin qiymətinin bir barrelə 76 dollar olacağını proqnozlaşdırır. Bu qiyməti isə Azərbaycan üçün yaxşı hesab edir.

MDB VƏ ŞƏRQİ AVROPADA AZƏRBAYCAN NEÇƏNCİDİR?

Hesabatdakı cədvəllərə görə, iqtisadiyyatının ölçüsünə görə, Azərbaycan MDB və Şərqi Avropa məkanında 27 ölkə arasında 14-cü yerdədir.

Ancaq adambaşına düşən daxili məhsula görə, ortalardan aşağıdadır – 16-cı yerdədir.

Daxili məhsulun son bir ildəki artım sürətinə görə Azərbaycan bu məkanda 1-ci yerdədir.

Bahalanma sürətinə görə isə 21-ci yerdədir. Yəni bu məkanda 2009-cu ildə bahalanmanın ən az olduğu ölkələrdən biridir.
XS
SM
MD
LG