Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:43

“WikiLeaks-in məlumatları müxalifət qəzetlərindən götürülüb”


Əli Əhmədov
Əli Əhmədov
“Amerika səfirliyinin mümayəndələri müxalifət qəzetlərinin yaydığı materialları hesabat şəklində öz ölkələrinə göndəriblər. Bununla da onlar öz ölkələrini çətin duruma salıblar”.

Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov dekabrın 7-də jurnalistlərə açıqlamasında belə deyib.

O bildirir ki, WikiLeaks saytının yaydığı materiallar vaxtı ilə Azərbaycanın müxalifət qəzetlərinin səhifələrində özünə yer tapmış həqiqətə uyğun olmayan uydurmalardan ibarətdir:

Reallıq bundan ibarətdir ki, Azərbaycan müxalifətinin nəzarətində olan mətbuatda yerləşdirilən materiallar həqiqətə uyğun olmur. Təəssüflə qeyd edirəm ki, bunlar ABŞ səfirliyinin nümayəndələri tərəfindən öz ölkələrinə Azərbaycandakı vəziyyəti əks etdirən hesabatlar kimi çatdırılıb”.

Əli Əhmədov hesab edir ki, bu məsələ diplomatik korpusun nüməyəndələrinə müəyyən etimadsızlıq yaradacaq. Amma bu, ölkələr arasındakı münasibətlərə ciddi təsir göstərməməlidir.
XS
SM
MD
LG