Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

«Burda oğurluq necə ola bilər?»


İlham Şaban
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban WikiLeaks saytının yaydığı məlumatlara münasibətini bildirib. Ekspert bu məlumatları müxalifət mətbuatının yazdıqları ilə eyniləşdirir. Müsahibəni təqdim edirik:

- WikiLeaks-in yaydığı son məlumatlar BP-nin Azərbaycanda işinə təsir göstərəcəkmi?

ORDA NƏ VAR?...

- Nə təsir göstərə bilər ki? Orda hansısa şok açıqlama var, nə var?...Orda Nigeriyadakı, İndoneziyadakı kimi bir oğurluq, rüşvət var. Sadəcə, 2008-ci ildə hamıya bəlli olan “Mərkəzi Azəri” platformasının dayanması və oradakı texniki problemlərdən söhbət gedir. Və BP-nin Azərbaycan rəhbərliyi ilə aralarında olan soyuqluqdan.

- WikiLeaks-in iddiasına görə, prezident İlham Əliyev British Petroleum-u neft oğurluğunda, qaz ehtiyatı ilə bağlı müqavilənin bağlanması üçün “yumşaq şəkildə şantaja” cəhddə ittiham edibmiş...

– Neft oğurluğu nəyə deyə bilər, əgər Azərbaycan rəhbərliyi ittiham edirsə və digər tərəfdən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü layihəsi çərçivəsində - hansı ki, 2003-cü ildən bura qoşulub və hər il də bəyan edir ki, bizdə şəffaflıqdır və neftdən gələn gəlirlər, şirkətlərin verdiyi, hökumətin açıqladığı rəqəmlər hamısı üst-üstə düşür. Burda oğurluq necə ola bilər?... Mən bunu fiziki cəhətdən başa düşə bilmirəm.

- BP-yə qarşı ittihamların ardınca Britaniya neft şirkətinin öz aparıcı mövqeyini itirəcəyi nə dərəcədə ağlabatandır?

AZƏRBAYCANLA BP-NİN ƏMƏKDAŞLIĞI DAVAM EDƏCƏK

WikiLeaks qalmaqalı haqda bütün yazılar
- 2009-2010-cu illərə səyahət etmək lazımdır. Görmək lazımdır ki, BP Azərbaycanla əlaqələrini necə yüksələn xətlə inkişaf etdirir. "Asiman-Şəfəq" perspektivli strukturları ilə bağlı növbəti hasilatın pay bölgüsü sazişi imzaladı. Hazırda danışıqlar aparır “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsinin alt yatağındakı qaz yataqlarının gələcəkdə işlənməsi ilə bağlı. Azərbaycan hökuməti bu ilin mart ayında BP-nin təklif etdiyi “Chıraq Oil Projects” kimi 6-7 milyardlıq layihəni sanksiyalaşdırdı. Sonuncu yenilik ondan ibarətdir ki, “Şahdəniz”in Mərhələ-2 layihəsi BP-nin verdiyi təkliflərlə Dövlət Neft Şirkəti tərəfindən faktiki olaraq qəbul olunub. Bütün bunlar göstərir ki, orta və uzaq perspektiv üçün Azərbaycanla BP-nin əməkdaşlığı davam edəcək.

- Saytın ortaya qoyduğu yeni reallıqlar Azərbaycanın qonşu dövlətlərlə münasibətinə, qaz ixracına təsir edə bilərmi? Məsələn, orda Türkiyə və Rusiyanın adı çəkilir...

- Məncə, reallıq ondan ibarətdir ki, YAP-ın icraçı katibi demişdi ki, WikiLeaks-də yazılanlar Azərbaycanın müxalifət mətbuatından götürülən şeylərdir. Bunlar hamısı bizim mətbuatda heç bir mənbəyə söykənmədən yazılan şeylər idi.

- Wikileaks-in yaydığı məlumatların dəyərini necə qiymətləndirirsiz?

HEÇ BİR SENSASİYALI MƏLUMAT GÖRMƏDİM

- İndiyə kimi WikiLeaks-də Azərbaycanla bağlı heç bir sensasiyalı məlumat görmədim. Nə məmurlarla bağlı, nə xarici, nə də daxili siyasətlə bağlı, hamıya bəlli şeylər idi. Və mən deyərdim hamıya bəlli olanların bəlkə də bir qisim hissəsi idi WikiLeaks-ə düşmüşdü.
XS
SM
MD
LG