Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:20

Tunisin yeni hökuməti dağılmaq təhlükəsi ilə üzləşib


Tunis küçələrində polis yeni hökumətin tərkibinə etiraz aksiyalarını dağıtmağa çalışır, 18 yanvar 2011
Tunis küçələrində polis yeni hökumətin tərkibinə etiraz aksiyalarını dağıtmağa çalışır, 18 yanvar 2011

Yanvarın 18-də ölkədəki ən böyük həmkarlar təşkilatı elan edib ki, onun üç naziri yeni hökumətdən geri çəkilir.

Təşkilatın rəsmisi dövlət televiziyasına müsahibəsində bunu devrilmiş prezident Ben Alinin adamlarının yeni hökumətdə də öz vəzifələrində qalmalarına etiraz olaraq bu addımı atdıqlarını deyib.

Yanvarın 14-də prezident Ben Ali Səudiyyə Ərəbistanına qaçandan sonra dövlət başçısının vəzifələri parlamentin sədri Fouad Mebzaaya keçib. O da keçmiş Baş nazir Muhammad Ghannouchiyə müxalifət liderlərinin də daxil olduğu yeni milli birlik hökuməti yaratmağı tapşırıb.

ƏSAS POSTLAR YENƏ DEVRİLMİŞ PREZİDENTİN NAZİRLƏRİNƏ VERİLİB

Ghannouchi yanvarın 17-də Tunisdə etiraz aksiyaları altında yeni hökumətini elan edib. Milli Birlik hökuməti adlanan bu kabinetdə Məhmməd Qannoşinin özü ilə yanaşı, Daxili İşlər, Xarici İşlər, Müdafiə və Maliyyə nazirləri devrilmiş prezidentin partiyasının nümayəndələridir.
Tunisin aralıq dövr prezidenti Fouad Mbazaa (sağda) və Baş naziri Mohamed Ghannouchi (solda), 17 yanvar 2011


Ölkənin ən böyük və etibarlı müxalifət partiyası hesab edilən İslahatçı Demokrat Partiyasının liderinə isə milli birlik hökumətində regionların inkişafı üzrə katib vəzifəsi verilib.

Ghannouchi yeni hökumətinin tərkibini elan edərkən bildirib ki, onlar ölkədə işləyən demokratiya yaratmağa çalışacaqlar:

- Hökumətin vəzifəsi qanunlarda islahatlar yolu ilə demokratiyaya keçidi təmin etməkdir. Hökumət həmçinin müstəqil hakimiyyət qurumunun təşkil etdiyi və beynəlxalq müşahidəçilərin izlədiyi azad seçkilərin keçirilməsini təmin edəcək.

ETİRAZ AKSİYALARI SƏNGİMİR

İki gündür Tunis küçələrində etiraz aksiyası keçirən vətəndaşlar isə bildirirlər ki, Baş nazir Qannoşi də devrilmiş prezidenti Ben Ali ilə birlikdə dinc vətəndaşları qətlə yetirib. Onun yeni hökumətə rəhbərlik etməyə haqqı çatmır.

Yeni hökumətin tərkibinə etiraz edən aksiya iştirakçılarından biri göz yaşardan qaz balonunu qaytarıb polisə atır, 18 yanvar 2011
Tunisdə bir ay davam etmiş etiraz aksiyalarına polisin müdaxilələri nəticəsində 78 nəfər həlak oldu, 100-ə yaxın adam yaralandı. Amma indi buna görə məsuliyyəti kimin daşıması haqqında heç kim bir söz demir. Baş nazi Ghannouchi yalnız onu bildirib ki, zorakılıqları və qətlləri araşdıran bir komitə yaradılacaq.

ƏRƏB DÜNYASINDA TUNİS DALĞASI

Amma hər necə olsa da artıq Tunisə 23 il rəhbərlik etmiş Ben Ali artıq xanımının ölkənin Milli Bankından götürdüyü 1.5 ton qızılla birlikdə Səudiyyə Ərəbistanında, mühacirə həyatı yaşamağa hazırlaşır. Indi Qərb mediasında Tunis hadisələrinin başqa ərəb ölkələrinə mümkün təsirini araşdırırlar.

Tunisdə etiraz aksiyaları işsiz qalan bir universitet məznunun özünü yandırması ilə başlamışdı. Tunis prezidenti ölkədən qaçandan bəri digər yaxın ərəb ölkələrində - Misirdə, Mavritaniyada və Əlcəzairdə də beş nəfər işsizliyə, yoxsulluğa etiraz olaraq ölkərini yandırıblar.

Hələlik bu intiharlarla həmin ölkələrdə kütləvi etiraz aksiyalarının başlanması haqqında xəbərlər yoxdur. Amma “New York Times” qəzetində müəllif Roger
"New York Times" yazır ki, indi Qərb tunisli qədər cəsarətli olub demokratiya tərəfdarlarını qorumağa borcludur, Tunis vətəndaşının polislə mübahisəsi, 17 yanvar 2011
Koen yazır ki, Tunis bütün ərəb dünyasını oyandıran şeypura çevrilə bilər: “Çoxu ABŞ-ın müttəfiqləri olan ərəb ölkələrində rejimlər gənclərlə əlaqələrini itiriblər. Onların repressiv, korrupsiyalaşmış sistemləri peyk televiziyaları, facebook, bloqlar, bloqqerlərlə üz-üzə qalıblar.

Kütləvi etiraz aksiyaları ilə kiminsə hakimiyyətdən getməsi ərəb ölkələrində nəsə yeni bir şeydir. Artıq bunun Əmmandan Qahirəyə, Körfəzdən Tripoliyə qədər dalğası yayılmaqdadır.”

Müəllif hesab edir ki, indi Tunisdə demokratik qüvvələri müdafiə etmək ABŞ və Avropa Birliyinin birbaşa vəzifəsidir. Qərb Milli Birlik hökumətinin azad və ədalətli seçki keçirməkdən başqa hər hansı addımı rədd etməlidir.
XS
SM
MD
LG