Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:53

Qahirədə "Rədd olsun Mübarək" şüarı ilə nümayişlər keçirilir


Misirin paytaxtı Qahirədə müxalifətin nümayişi olub. Yüzlərlə nümayişçi polis kordonunu yarıb keçib.

Nümayişçilər “Rədd olsun Hüsni Mübarək” şüarları ilə iqtisadi və siyasi islahatlar tələb ediblər.

Tunisdəki hadisələrdən ruhlanan Misir müxalifəti küçələrə minlərlə adam çıxartmaq istəyir.

Müxalifətin dediyinə görə, İnternetlə müraciətə 80 min adam cavab verib.
Hakimiyyət isə bildirir ki, belə böyük nümayiş olsa, təşkilatçılar həbs olunacaq.
XS
SM
MD
LG