Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Ramiz Mehdiyev “korrupsiya haqda çoxsaylı şikayətlər” gəldiyini bildirir


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

BU İCLAS PREZİDENTİN NƏYİNƏ LAZIM OLUB?


Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib. AzTv-nin xəbərinə görə bunu Ramiz Mehdiyevə prezident İlham Əliyev tapşırıb.

Rəsmi xəbərə görə Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmamazlıqlara yönəldərək bildirib:

“Prezident hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirir. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.

RAMİZ MEHDİYEVİN DİLİNDƏ MÜXALİFƏTİN CÜMLƏLƏRİ...

Ramiz Mehdiyev həmçinin deyib ki, Prezident Administrasiyasına və komissiyaya mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nöqsanları barədə çoxsaylı şikayətlər göndərilir.

O, həmin şikayətlərin məzmununu bu cür təqdim edib: “sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar”.

Prezident Administrasiyasının rəhbəri bu problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Toplantıda sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, əsasız yoxlamalar son qoyulması ilə bağlı fikirlər səslənib. Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi, dövlət başçısının tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halların aradan qaldırılması ilə bağlı təkliflər, müxtəlif dövlət orqanlarına tapşırıqlar verilib. Amma rəsmi məlumatda konkret hansı dövlət orqanlarına nələr tapşırıldığı haqqında konkret məlumatlar verilmir.

KORRUPSİYA İLƏ MÜBARİZƏ RÜŞVƏTDƏ İTTİHAM OLUNANLARA TAPŞIRILIB?

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası 2004-cü ildən fəaliyyət göstərir. İnsan haqları fəalları bu komissiyanın əslində ölkədə tez-tez korrupsiya ittihamları ilə üzləşən rəsmilərdən təşkil edilməsinə görə ölkədə rüşvətxorluğun səviyyəsinə ciddi təsir etmədiyini deyirlər.

Kоmissiyanın 15 üzvündən 5-i prezident, 5-i Milli Məclisi, 5-i isə Kоnstitusiya Məhkəməsi təyin edir.

Hazırda Komissiyaya Daxili işlər, Milli təhlükəsizlik Ədliyyə nazirləri, Baş prokuror, Konstitusiya Məhkəməsinin sədri, Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri, Milli Məclisinin bir neşə deputatı daxildir.

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın işi haqqında Siz də fikirlərinizi AŞAĞIDAKI FORUMDA yazın, müzakirə edək.

XS
SM
MD
LG