Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:11

Azərbaycanda ərzaq bahalaşıb


Fevralda Azərbaycanda ərzaq məhsullarının qiyməti orta hesabla-2,2% artıb.

Son bir ayda şəkər tozu-9,5%, şəkər-8,3%, yumurta-37,5%, kartof-12,5, soğan-11,1%, xiyar-17,6%, pomidor-7,1%, alma isə -33,3% bahalaşıb.

Digər ərzaq məhsullarının qiyməti isə dəyişməyib.

Həmçinin mövsümlə əlaqədar mövsümü ötmüş meyvə-tərəvəz məhsullarının qiymətlərində 25-30% bahalaşma müşahidə olunur.

Respublikanın digər böyük şəhərləri Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir və Qubada da 2,2%-3% bahalaşma müşahidə olunur.
XS
SM
MD
LG