Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Bəhreyndə fövqəladə vəziyyət elan olundu


Bahrain -- A contingent of Gulf troops arrive in the unrest-wracked Kingdom of Bahrain across a causeway from Saudi Arabia, 14Mar2011
Bahrain -- A contingent of Gulf troops arrive in the unrest-wracked Kingdom of Bahrain across a causeway from Saudi Arabia, 14Mar2011
Bəhreyn kralı Həmad ölkədəki etirazlara cavab olaraq fövqəladə vəziyyət rejimi elan edib. Dövlət Televiziyasının yaydığı xəbərə görə, növbəti 3 ay ərzində ölkədəki vəziyyətə təhlükəsizlik qüvvələri nəzarət edəcək.

Bu qərardan bir gün öncə asayışı bərpa etmək üçün Səudiyyə Ərəbistanı 1000 nəfərlik ordu hissəsini Bəhreynə yürütmüşdü. Son məlumatlara görə, Səudiyyə əsgərlərindən biri paytxt Manamadakı etirazlar zamanı güllələnib.

Bəhreyndə həftələrdir ki, çoxluqda olan şiə əhalisi ölkənin hakim sünni monarxına qarşı etirazlar keçirir, hökumətin istefasını və islahatlar tələb edirlər. Ərəb dövlətlərinin üzv olduğu Körfəz Təhlükəsizlik Şurasının qərarıyla Səudiyyə Ərəbistanı ölkəyə qpşun yeridib, dövlət obyektlərinin mühavizəsində iştirak edir.

ABŞ martın 15-də verdiyi bəyanatda Səudiyyə Ərəbistanını və digər sünni ərəb dövlətlərini Bəhreyndəki hadisələrə qarışmamağa, təmkinli olmağa çağırıb.

ABŞ qoşun yeridilməsini, işğal kimi qiymətləndirməsə də, tərəfləri təmkinli olmağa çağırıb.

1 aya yaxıındır Bəhreyndə davam edən etirazlar ötən həftəsonu polislə silahlı toqquşmalarla nəticələnib, 7 nəfər həlak olub.
XS
SM
MD
LG