Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:50

Türkanda etiraz aksiyası oldu


Türkanda etiraz aksiyası
Türkanda etiraz aksiyası
Türkan sakinləri əllərinə bel alıb Xəzər sahilindəki villaların hasarlarını sökməyə cəhd ediblər.

Az sonra hadisə yerinə Abşeron rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə nümayəndəsi və Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov gəlib.

Vətəndaşlar rəsmilər qarşısında tələb qoyublar ki, tezliklə burdan dənizə gedən yol açılsın. İcra başçısının sözü isə bu oldu ki, «bu torpaqları özünüz satmısınız, bizim xəbərimiz yoxdur».

G. İslamov AzadlıqRadiosuna deyib ki, Türkan qəsəbəsi Xəzər rayonuna daxil olsa da, dənizin sahilindəki torpaqları Abşeron İcra Hakimiyyəti satıb.

İcra nümayəndələri etirazçılardan dağılışmalarını istəyib. Qəsəbə ağsaqqalları da camaata dağılışmağı məsləhət görüb. Aksiyaçılar qəsəbəyə qayıtsalar da, tələblərindən geri çəkilmədiklərini deyirlər.

TÜRKAN SAKİNLƏRİ XƏZƏRƏ YÜRÜŞ ETDİLƏR

100-dən çox Türkan qəsəbə sakininin Xəzərin sahilinə doğru yürüşü başlayıb.

Vətəndaşları ayağa qaldıran kəndin sosial problemləri, işsizlik, qəsəbənin marşrut problemi, Xəzər dənizinin hasarlanması və s.-dir.

Qəsəbədə olan «Əli Ayağı» ziyarətgahının sökülməsi də türkanlıların narazılığına səbəb olub.

Qəsəbənin içində isə 300-ə yaxın sakin toplaşıb. Bir qrup türkanlı da «Əli ayağı» adlanan ziyarətgahın yanına yığışıb.

Etirazçıları Post Patrul Xidmətinin 3 əməkdaşı müşayiət edir.

Qəsəbə sakinləri deyir ki, etirazlarına reaksiya verilməsə, 14 saylı Xəzər II seçki dairəsindən deputat Mehriban Əliyeva ilə görüşə gedəcəklər.

XS
SM
MD
LG