Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:01

Obama: “Dayanmasan, vuracağıq!”


ABŞ prezidenti Barak Obama Liviya lideri Müəmmər Qəddafiyə xəbərdarlıq edib ki, dinc əhaliyə hücumları dayandırmasa, Amerika da ona qarşı hərbi əməliyyata qoşulacaq.

Amma Obamanın sözlərinə görə, ABŞ Liviyaya əsgəri qüvvə yeritməyəcək.

Ağ evdə verdiyi qısa bəyanatda Obama deyib ki, dövlət katibi Hillari Klinton martın 19-da Parisə gedəcək və ABŞ-ın NATO-dakı müttəfiqləri ilə birgə Liviyaya qarşı növbəti addımları müzakirə edəcək.

Liviyaya qarşı addımların həm Avropada, həm də Ərəb Liqasında dəstəkləndiyini xatırladan prezident

“Bizim məqsədimiz aydın, koalisiyamız möhkəmdir”

– deyib.

ABŞ prezidenti bu çıxışı BMT-də Liviyaya qarşı qətnamənin qəbulundan sonra edib.

Dünən gecə BMT-nin Təhlükəsizlik Şurası Liviya üzrərində hava məkanının bağlanması haqda qətnamə qəbul etdi.

Qətnamə dinc əhaliyə aviazərbələr endirən Liviya hakimiyyətinə qarşı quru əməliyyatlarından başqa “bütün vacib tədbirləri görməyə” icazə verir.

BMT-nin qətnaməsindən sonra Qəddafi qəfildən birtərəfli atəşkəs elan edib

Amma Əl-Cəzirə kanalının yaydığı məlumata görə, atəşkəs bəyanatına baxmayaraq
Benqazidə üsyançılar BMT-nin qətnaməsini sevinclə qarşılayıblar.
Qəddafi qüvvələri sürətlə üsyançıların əlində olan əsas şəhərə - Benqaziyə tərəf irəliləyir, şəhərin 50 kilometrliyində döyüşlər gedir.

Amma bu xəbərləri hələ müstəqil mənbələr təsdiqləməyib.

Axır həftələrdə Liviya diktatoru Qəddafi bütün arsenalını səfərbər edərək ölkənin əksər şəhərləri üzərində nəzarəti bərpa edib və atəşkəs bəyanatından əvvəl bildirirdi ki, tezliklə Benqaziyə girəcək.

Silahı yerə qoyan üsyançıların əfv olunacağını söz verən Qəddafi “qalanları rəhm gözləməsin” demişdi.

BMT qətnaməsindən bir neçə saat sonra Liviyanın xarici işlər naziri Moussa Koussa Tripolidə bildirmişdi ki, hökumət bütün hərbi əməliyyatları dayandırmaq qərarına gəlib və BMT-nin qətnaməsinə uyğun olaraq dinc əhalini qorumağa çalışır.

Nazir BMT-nin Liviyaya qarşı güc işlətməyə icazə verməsini qəribə və narahatlıq doğuran hal adlandırmışdı.

Bu arada

NATO iclas keçirərək BMT-nin qətnaməsini necə həyata keçirəcəyini müzakirə edir


Amma hələ bilinmir ki, Liviya tərəfinin birtərəfli qaydada atəşkəs elan etməsinin NATO-nun planlarına nə təsiri olacaq.

BMT qətnaməsinin qəbulundan sonra Fransa bildirmişdi ki, Liviyaya qarşı hərbi əməliyyat bir neçə saatdan sonra başlaya bilər.

Amma hələ ki NATO üzvü olan ölkələrin buna hazırlaşdığı haqda xəbərlər var.

Hərbi zərbələrə bir sıra ölkələr dəstək verəcəklərini bildiriblər.

Britaniyanın baş naziri Devid Kameron deyib ki, onun ölkəsi Liviyaya yaxın bazalarda Tornado və Typhoon döyüş təyyarələri yerləşdirəcək.

Qatar, Noveç, Polşa da hərbi əməliyyata dəstək verəcəklərini deyiblər.
XS
SM
MD
LG