Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

EUROVİSİON 2011: AZƏRBAYCAN QALİB GƏLDİ!


AzadliqRadiosunun müxbirlərinin Dusseldorfdan - Eurovision 2011 müsabiəqsinin finalından göndərdikləri opreativ xəbərlər:

SƏSVERMƏ NECƏ KEÇİR?

12 xal Azərbaycana verən Türkiyə onu 1-ci yerə yüksəltdi.

İsveç Azırbaycana 10 xal verdi və...Birinci yerə çıxartdı. Lakin tezliklə Azərbaycan yenidən 2-ci yerə enməli oldu. Azərbaycandan toplanan səslər isə 12 xal Ukraynaya ünvanlandı. Rus jurnalistləri xəbəri sükut, Ukraynalılar isə sevinclə qarşıladılar.

Səsvermənin 1/3-i geridə - Azərbaycan 75 xalla ikinic yerdədir. 78 xalla İsveç birincidir...Hələlik

Ukrayna Rusiyaya 8 xal verəndə Rusiya jurnalistləri xəbəri kifayət qədər təkəbbürlə qarşıladılar. Azərbaycana 10 xal verən Ukrayna onu 1-ci yerə qaldırdı.

Rusiyanın nəticələrini elan edən müğənni Dima Belan Azərbaycan 12 xal verildiyini dedi. Xəbər Azərbaycan jurnalistlərinin sevinci ilə qarşılandı.

İRLANDİYA UĞUR QAZANACAQ...YA DA DANİMARKA

AzadlıqRadiosu Simone Lindrofla (Alman TV) çıxışlar bitəndən dərhal sonra söhbət edir:

- Beləliklə 25 ifaçı-ölkə əlindən gələni etdi. İndi söz tamaşaçılarındır. Sizin fikrinizcə üstünlük kimə veriləcək?

- Məncə İrlandiya qazanacaq birinciliyi. Ya da, ...Danimarka.

- Bunu Siz reallıqdan çıxış edib deyirsiz. Bəs ürəyiniz hansı ölkələrə səs verir, top 3-lüyü, sirr deyilsə, bizimlə bölüşərsiz?

- Mənim ürəyimə Serbiya yatdı, çünki 60-cı illərin mahnılarını sevirəm. İkinci yeri İsveçə, 3-ü isə Rusiyaya verərdim.

Simone nə dərəcədə haqlıdır? Cəmi 1 saatdan az müddətə son nəticələr elan olunacaq. Gəlin tutuşduraq, bizimlə qalın.

ELL&NIKKININ ÇIXIŞI NECƏ QARŞILANDI?

Mətbuat mərkəzində Azərbaycanın çıxışı diqqətlə izləndi. Mahnıdan sonra səslənən alqışlar xüsusi gurultu ilə səslənməsə də, amma zəif də deyildi. Alman TV-nin əməkdaşının fikrincə, kifayət qədər məharətlə çıxış etdilər. Mahnının həzinliyi zövq oxşayır dedi. Onun fikrincə, Azərbaycan qələbə qazanmasa da, kifayət qədər yüksək yer tutacaq. Baxaq? Lap az qalıb....Bizi izləyin.



İLK ÇIXIŞLARDAN SONRA...

AzadlıqRadiosu Mətbuat Mərkəzində Alman TV-nin əməkdaşı Simone Lindorfun fikirlərini öyrənir. İlk 10 çıxışdan sonra, onun fikrincə ən güclü çıxışı Macarıstan edib. Daha sonra çıxış edən Fransalı Amaury Vassilinin ifası haqda onun fikrini soruşduq, deyir - opera elementləri olan mahnının şansını böyük saymır. Görək kim haqlıdır. Bizim ekspert, yoxsa mərc şırkətləri. Bizimlə qalın...

AZƏRBAYCANIN ŞANSLARI DÜNYA MƏRC BAZARINDA

Aparıcı bookmakerlərin (mərc şirkətlərinin) proqnozlarını ümumiləşdirən Eurivisonun siyahisində Azərbaycan udmaq şansları ən yüksək olan 3-cü ölkədir. Siyahıya Fransa başçılıq edir, 2-ci yerdə İrandiyadır.

ALEKSANDER RYBAK AZƏRBAYCANIN ŞANŞLARI HAQDA

Eurovision Bakıda keçirilsəydi maraqlı olardı


Düsseldorfun Espirit Arena stadionunda sonuncu məşq başa çatdı. Bakı vaxtilə gecəyarısı Eurovision-2011-in sonun akkordları vurulacaq. Sonra isə səsvermə. Həlledici anlara bir neçə saat qalmış Norveçli Aleksander Rybak ilə söhbət edirik.

- Aleksander, Sizin favoritiniz var?

- Ötən il var idi - Lena (Almaniya), bilirdim ki, o udacaq. Bu il isə xüsusi favoritim yoxdur. Amma Azərbaycanı qələbəyə böyük namizəd sayıram, bundan başqa Fransa, İrlandiya, İsveç uda bilərlər. Baxaq da... Amma növbəti yarışın harada keçiriləcəyini fikirləşəndə, Bakı maraqlı görünür.

- Azərbaycan ifaçıları haqda nə fikirdəsiz?

- Onlar adama çox əziz görünürlər. Belə ürəyəyatımlılıq o biri artistlərdə yoxdur, hamısı bir növ səs-küylü, alovludular. Bunlar (Ell və Nikki) isə, əksinə həzin görünürlər - baxmaq olduqca xoşdur.
XS
SM
MD
LG