Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:56

Hərbçi yoldaşını öldürən əsgər özü də intihar edib


Arxiv şəkil
Arxiv şəkil
Azərbaycan ordusunun kiçik çavuşu əsgər yoldaşını qətlə yetirib, sonra isə özünü öldürüb. Xəbəri “Trend” agentliyi yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Trend”ə açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, mayın 17-də Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən kiçik çavuş, 19 yaşlı Elvin Əliyev əsgər yoldaşı, 19 yaşlı Tofiq Abdullayevi qətlə yetirib. Elvin Əliyev sonra özünü öldürüb.

Elvin Əliyev Ordubad, Tofiq Abdullayev isə Şərur Rayon Hərbi komssarlığından hərbi xidmətə çağırılıblar.

Qətlin səbəbləri araşdırılır. Faktla bağlı hərbi prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

Bu ilin əvvəlində Daşkəsən rayonunda da Azərbaycan ordusunun əsgərləri bir-birinə atəş açıb, 7 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG