Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:10

Norveç şahzadəsi Azərbaycan prezidentilə nədən danışıb?


Norveçli nazir Azərbaycanda insan haqları barədə
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

Azərbaycana səfər edən Norveç şahzadəsi Haakon və onu müşayət edən rəsmilər ölkə başçısı ilə demokratiya mövzusunda müzakirə aparıblar


Bakıda səfərdə olan Norveç şahzadəsi Haakon Magnus Azərbaycan hökuməti nümayəndələrilə görüşdə insan haqları mövzusunu da müzakirə edib. Vəliəhd Haakon bunu səfərin yekunlarına həsr olunan brifinqdə bildirib.

Şahzadə Norveçin Azərbaycanla hazırkı əməkdaşlığından məmnun olduğunu deyib. Onun fikrincə, Statoyl və digər Norveç şirkətlərinin Azərbaycanda uzun illər məhsuldar fəaliyyət göstərməsi buna sübutdur.

Brifinqdə insan haqları və demokratiya ilə bağlı jurnalistlərin suallarını isə Norveçin xarici işlər nazirinin müavini Espen Barth Eide cavablandırdı. O, bildirdi ki, Azərbaycanda demokratiya sahəsində müşahidə olunan irəliləyişlər var, lakin bununla yanaşı hələ görüləsi işlər də mövcuddur:

“Söhbət əsnasında qeyd etmişik ki, ATƏT və Avropa Şurasına üzv ölkələr üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Ölkə başçısıyla görüş zamanı biz belə bir təəssürat aldıq ki, prezdent və administrasiyası məhz bu sahədə daha da böyük irəliləyişləri həyata keçirmək əzmində və fikrindədirlər. Azərbaycan cəmiyyətinin bu sahələrdə inkişafına nail olmaq üçün biz bir Avropa ölkəsi kimi Azərbaycanla əl-ələ verib əməkdaşlıq etməyə hazırıq”.

İNSAN HAQLARI EVİ AÇILA BİLƏR

Norveç rəsmiləri jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsilə əlaqədar məmnunluqlarını da dövlət başçısına bildiriblər:

“Biz həm də bir müddət əvvəl bağlanan Norveç İnsan Haqları Evinin nümayəndələrilə görüşmüşük. Bakıya səfərimizdən bir müddət öncə bizim xarici işlər nazirimizin azərbaycanlı həmkarı ilə telefon danışığı olub. Söhbət zamanı insan haqları evinin fəaliyyətinin bərpa olunması və ofisinin açılması müzakirə edilib”.

Norveçin xarici işlər nazirinin müavini Espen Barth Eide deyib ki, Avropa dəyərləri məkanına daxil olan bir ölkə kimi, Norveç Azərbaycanla demokratiya sahəsində əməkdaşlığını davam etdirəcək.

NORVEÇ RƏSMİLƏRİ ELMAR HÜSEYNOVUN MƏZARINI ZİYARƏT EDİBLƏR

Jurnalistlərlə görüşdən sonra xarici işlər nazirinin müavini və digər rəsmilər 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarət ediblər:

“Elmar Hüseynovun ailəsi Norveçdə yaşayır və onların vəziyyəti yaxşıdır. Elmarın bu ölkə üçün etdiklərinə görə onun ailəsinə köməyimizi göstərməyi biz də özümüzə borc hesab edirik.

Elmarın qəbrini ziyarət etməklə biz onun xatirəsinə, ailəsinə, eyni zamanda azad mətbuat üçün çalışan hər bir jurnalistə öz hörmətimizi bildirmək istəyirik. Azad mətbuatı olan bir ölkəni təmsil edən şəxs kimi demək istyəyirəm ki, azad media hər hansı cəmiyyət üçün hədə deyil, əksinə o cəmiyyətin inkişafında önəmli vasitədir” - deyə Espen Barth Eide bildirib.

Norveçin Helsinki Komitəsi bu səfərdən əvvəl kral sarayına məktub yazaraq öz təkliflərini irəli sürmüşdü. Komitə hesab edirdi ki, şahzadənin insan haqlarının kobud şəkildə pozulduğu bir ölkəyə səfər etməsi və həmin pozuntuların aradan qaldırılması üçün mövqe bildirməməsi düzgün deyil.

Norveç şahzadəsi Haakon iyunun 6-7-də Xəzər Neft Qaz Sərgisində iştirak etmək üçün Bakıya gəlib.
XS
SM
MD
LG