Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Salman Rüşdi: “İnqilablar göstərdi ki, müsəlmanların da istəyi eynidir"


“Ərəb ölkələrindəki inqilablar müsəlmanların fərqli ehtiyacları olması fikrini iflasa uğratdı”.

Bunu qalmaqallı Britaniya yazıçısı Salman Rüşdi bildirib. (Times)

Onun fikrincə, həmin üsyanların dinlə bağlılığı yoxdur:

“Bu, elə ənənəvi inqilablardandır. İnsanlar iş yeri və azadlıq istəyir”.

Yazıçıya görə, inqilablar dünyanın hər yerində insanların ehtiyaclarının eyni olduğunu, İslam mədəniyyətinin başqa sivilizasiyalardan fərqlənməsi, öz inkişaf yolu olması haqda fikirlərin mənasızlığını göstərir.

“Hər bir şəxs istəyir ki, azad olsun, gələcəyini özü müəyyən etsin. Bu, ümumbəşəri dəyərdir”.

İranın ali dini lideri Xomeyni vaxtilə “Şeytan ayələri” romanına görə hind əsilli Britaniya yazıçısı S.Rüşdi barədə ölüm fitvası çıxarmışdı.

Bir çox İslam ölkələrində onu romanında Məhəmməd peyğəmbərin ailəsini təhqir etməkdə suçlayırlar.
XS
SM
MD
LG