Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:49

2011-ci ildə Ermənistanda orta məktəbi bitirən olmayıb


Bu il abituriyentlər zəifdir
Bu il abituriyentlər zəifdir
Bu il Ermənistanın dövlət və 40 özəl universiteti birlikdə tələbələr üçün 20 928 yer ayırıb. Bunun 18 500-ü ödənişsiz əsaslarladır. Hərçənd, bu il abituriyentlərin sayı xeyli az olub, cəmi 1 209 nəfər. Səbəbsə 2011-ci ildə məzunların olmamasıdır. Bu il Ermənistanın təhsil sistemində dəyişiklik edilib, 11 illik təhsil 12 illik təhsillə əvəzlənib.

Bu il abituriyentlər imtahanlarda ən az balı fizika və riyaziyyatdan toplayıblar – 6.2 və 6.3 bal. Ən yüksək bal isə erməni dili imtahanında qeydə alınıb – 12.8.

Qiymətləndirmə və Testləşdirmə Mərkəzinin direktoru Qurqen Xaçatryan hesab edir ki, bütövlükdə BU İL ABİTURİYENTLƏR ZƏİFDİR.

Q. Xaçatryan riyaziyyat və təbiət elmlərindən balların aşağı olmasını məntiqli sayır:

«Ordudan tərxis olunan və son aylar imtahana hazırlaşan abituriyentlər yüksək bal toplaya bilməzdi, xüsusilə də təbiət elmlərindən. Çünki bu fənlər uzunmüddətli hazırlıq tələb edir».

Növbəti, 2012-ci ildə Qiymətləndirmə və Testləşdirmə Mərkəzi mühüm bir yenilik tətbiq edəcək: Qəbul imtahanlarına hazırlıq məqsədilə abituriyentlər üçün test bankı hazırlanacaq. Dərs ləvazimatları artıq dekabr-yanvar ayına hazır olacaq.

Ötən illə müqayisədə builki test sualları asan idi
Bu il abituriyentlər arasında Rusiya, Ukrayna, ABŞ, İran, Hindistan hətta Samtsxe-Cavaxetidən olanlar var.

Samtsxe-Cavaxetidən olan erməni abituriyentlərin sayı əsasən imtahanların ikinci mərhələsində çox olur. Ninotsminda rayonunun 1 saylı orta məktəbinin məzunu Armine Serobyan deyir ki, testlər onun üçün asan olub və o, asanlıqla sualları cavablandıra bilib.

- «ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ BU İL SUALLAR ÇOX ASAN İDİ».

- «Çətin idi, vaxtımı aparan xeyli mürəkkəb suallar vardı, ancaq ümid edirəm ki, sualları yaxşı cavablamışam».

- «Asan idi, ümid edirəm ödənişsiz bölməyə qəbul ola biləcəyəm».

- «Ötən illə müqayisədə builki test çox asan idi, fərq böyükdür. Bu il cavabları rahatlıqla yazdım. Ötən il də qəbul olmuşdum, ancaq istədiyim yerə düşə bilmədiyimdən bəxtimi bir daha sınamağa qərar verdim. Ümid edirəm qəbul olacağam».

- «Bütün suallar məktəb proqramından idi, kənardan sual yox idi».

Təhsil və Elm naziri Armen Aşotyan
Abituriyentlərin əksəriyyəti hüquqşünaslıq, iqtisadiyyat və beynəlxalq əlaqələr ixtisaslarını seçir:

«Mən öz ixtisasımı seçmişəm – hüquqşünaslıq, həm də politologiyanı qeyd edəcəm. Bütün şirkətlərin hüquqşünasa ehtiyacı var. Yaxşı mütəxəssis olsan, iş tapa bilərsən».

Ermənistanın Təhsil və Elm naziri Armen Aşotyan deyir ki, hökumətin antikorrupsiya proqramı sayəsində BÜTÜN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ KORRUPSİYA KƏSKİN AZALIB:

«Bu ilin sentyabrında ilk 12-ci sinfimiz olacaq, bu yaxınlarda dərsliklər və proqramlar tərtib olunub. Məktəb baş tutub, tutmayıb, bunu demək hələ tezdir, azı 3-5 il gözləmək lazımdır».

Nazir həmçinin əlavə edib ki, bu il məktəbləri bitirən yoxdur deyə, boş yerləri lazımi biliyi olmayanlar tuta bilər:

«Təbii ki, əlverişli məqamdan istifadə etməyə çalışanlar var, ikinci belə bir imkan olmayacaq. Riyaziyyat, fizika imtahanlarından kəsilənlər çoxdur. Ancaq elə fakültələr var ki, orada müsabiqə var, xüsusilə teatr institutunda. Bu isə məni sevindirir».

Bu il Boloniya prosesinə sədrlik edən iki ölkədən biri Ermənistandır.
XS
SM
MD
LG