Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

Şahin Həsənlinin məhkəməsi keçirilib (VIDEO)


Şahin Həsənlinin məhkəməsi keçirilib
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

MƏHKƏMƏ ZALINDA GƏRGİNLİK

Şəmkir rayon məhkəməsində AXCP fəalı Şahin Həsənlinin məhkəməsi keçirilib.

Şahin Həsənli müxalifətin İctimai Palatasının 2 aprel aksiyasından əvvəl- martın 31-də, Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Barəsində həbs-qətimkan tədbiri seçilib.

İyulun 12-də keçirilən məhkəmədə müxtəlif bölgələrdən olan hüquq müdafiəçiləri, AXCP üzvləri və jurnalistlər iştirak edib. Elə məhkəmə zalı qarşısında gərginlik baş verib. Gərginliyə səbəb nəzarətçilərin məhkəməyə gələnlərin zala buraxmaq istəməməsi olub. Sonradan vəkillərin tələbi ilə prosesi izləmək istəyənlər zala buraxılıb.

Vəkil Əlayif Həsənov jurnalistlərin açıq məhkəmədən 2-3 dəqiqəlik görüntülər götürməsi ilə bağlı şifahi vəsatət qaldırsa da hakim vəsatəti qəbul etməyib.

ŞAHİDLƏR PATRON NÖVÜNDƏN XƏBƏRSİZDİRLƏR

Daha sonra məhkəməyə sədrlik edən hakim Qalib Paşayev şahidləri dindirilmə üçün məhkəmə zalına dəvət etdi. Dindirilən hər iki şahid Şahin Həsənlinin cibində aşkarlanan patron növü barədə məlumatsız olduqlarını bildirdilər. Vəkillər şahid Azad Məmmədovun dindirilmə zamanı ilkin ibtidai istintaqa verdiyi ifadələrlə ziddiyyət yaradan fikirlər ifadə etdiyini bildirdi.

Vəkillər Əlayif HəsənovMənsum Bayramov ziddiyyətli hesab etdikləri məqamlar barədə şahidlərə suallar verdi və deyilənlərin protokola əlavə edilməsini xahiş etdilər. Bundan başqa hər iki vəkil dövlət ittihamçısından şahid Azad Məmmədovun əvvəllər öz evini yandırması ilə bağlı məhkum olunmasını, həmin şəxsin kimliyinin şahid qismində iştirakında nəzərə alınmasını xahiş etdilər.

«PATRONLAR ÜZƏRİNDƏN ƏL İZİ GÖTÜRÜLSÜN»

Təqsirləndirilən Şahin Həsənli hakimdən söz istədi və cibindən çıxarıldığı iddia olunan patronların üzərindən əl izinin götürülməsini tələb etdi.

Polis idarəsində şahid qismində iştirak etməli olan 2 polis nəfəri məhkəməyə gəlmədiklərindən hakim dövlət ittihamçısının xahişi ilə məhkəmənin təxirə salınmasını elan etdi. Vəkil Əlayif Həsənov bildirdi ki, müdafiə tərəfinin uzaq məsafədən gəlməsi nəzərə alınmaqla növbəti məhkəmə iclasında polis şahidlərin məcburi məhkəməyə gətirilməsi təmin edilsin.

AzadlıqRadiosuna açıqlama verən vəkil Əlayif Həsənov deyir ki, məhkəmədə kobud qanun pozuntuları müşahidə edilib:

«Məhkəmənin açıqlığı prinsipinə əməl olunmur. İctimaiyyətin prosesə böyük marağı var. Məhkəmənin gedişini izləmək istəyirlər. Təəssüf ki, buna şərait yaradılmır. Hər iki şahidin dindirilməsindən də bu qənaətə gəlmək olar ki, hüquqlarını müdafiə etdiyim şəxsə qarşı irəli sürülmüş ittiham tamamilə saxtadır. Polis şöbəsinin inzibati binası məhkəmənin 2 addımlığındadır. Polis əməkdaşları məhkəməyə gəlib ifadə etməkdən yayınırlar».

AXCP Rəyasət heyətinin üzvü Şahin Həsənlinin növbəti məhkəmə iclası iyulun 19-da keçiriləcək.

Şahin Həsənli Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
XS
SM
MD
LG