Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:18

Məmmədyarov Medvedevin Qarabağa dair təklifinə Bakının cavabını çatdırıb


Elmar Məmmədyarov və Sergey Lavrov, Moskva, 18 iyul 2011
Elmar Məmmədyarov və Sergey Lavrov, Moskva, 18 iyul 2011
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məktubuna prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iyulun 18-də Moskvada azərbaycanlı həmkarı ilə danışıqlardan sonra bildirib.

Azərbaycan XİN başçısı isə məktubun detallarını açıqlamaqdan imtina edib:

«Bu, Azərbaycan prezidentinin Rusiya prezidentinə məktubu olduğu üçün detalları açıqlamaq düzgün olmazdı».

Nazir həmçinin deyib ki, erməni tərəfinin də cavabını gözləmək lazımdır.

«Azərbaycan ümumilikdə hesab edir ki, Kazan görüşündə tərəqqi əldə olunub. Əlbəttə, hamı Kazanda kəskin sıçrayış baş verməsini istəyirdi, lakin hər halda, biz irəliyə doğru davamlı addımlar atırıq. Hamı başa düşür ki, hazırkı vəziyyət heç bir tərəfi, o cümlədən həmsədrləri - ABŞ, Rusiya və Fransanı qane etmir. Bu kontekstdə biz irəliyə doğru addımlamalıyıq. Ərazilərin işğalı, etnik təmizləmə, qaçqın və məcburi köçkün problemləri arxada qalmalıdır. Əməkdaşlıq, inkişaf, çiçəklənmə region, ilk növbədə isə Azərbaycan və Ermənistan üçün əsas məsələyə çevrilməlidir», - deyə E. Məmmədyarov vurğulayıb.

S. Lavrov isə D. Medvedevin hələlik məktubla tanış olmadığını söyləyib. /apa/
XS
SM
MD
LG