Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Qarabağlılar Qarabağ danışıqları haqda


Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, deputat Rövşən Rzayev Qarabağ danışıqlarının son dönəmi barədə fikirlərini bölüşürlər.

Akif Nağı:

«Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin bir qədər fərqli mövqeyi olmalıdır. Bəlkə hakimiyyətin də ona ehtiyacı var ki, icmadan ona fərqli mövqe gəlsin, onları nəzərə alsınlar. Yoxsa hakimiyyət nəyi deyirsə, onu təkrar edirlərsə, icmanın özünə ehtiyac qalmır. Onsuz da hakimiyyət o xətti aparır. Hakimiyyət nə desə, icma üzvləri deyəcək ki, düzdür. Hakimiyyət deyir ki, «5+2» formulu ilə hərəkət etməliyik - 5 rayon indi, 2 rayon 5 ildən sonra qayıtmalıdır, amma buna bir etiraz yoxdur. Nə millət vəkili kimi, nə qarabağlı, nə də ziyalı kimi. Əslində düşünməlidirlər ki, bu iki rayon niyə qalmalıdır? «Laçın dəhlizi» niyə verilməlidir? Amma asan yol seçir bizim ziyalılarımız, bizim icma təmsilçiləri. Hakimiyyət nə deyirsə, onu təkrar edirlər ki, başları ağrımasın...».

Rövşən Rzayev:

«Mən sizə birmənalı deyirəm ki, mənim özümün şəxsi mövqeyim var. Mən yalnız öz düşüncələrimdən irəli gələn fikirləri söyləyirəm. Mən real vəziyyəti müəyyən qədər bilən adam kimi deyirəm ki, istənilən variantda torpaqların qayıtması məni qane edir. «Madrid prinsipləri»ndə bir bənd var ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri öz doğma torpaqlarına qayıtmalıdırlar. Təbii ki, bu, məni qane edir. Azərbaycan hansısa kompromisə getməlidir? Bəli, getməlidir. Mövcud vəziyyət bunu tələb edir. Situasiyaya real qiymət verməyi bacarmaq lazımdır. «Mənim istədiyim kimi olsun» demək olmaz. Ölkə prezidenti də dedi ki, biz bütün məsələləri danışıqlar prosesində həll edəcəyik və son söz xalqın sözüdür…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG