Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:57

Hərbçi ailələrinə 1 həftə vaxt verilib


Bayraq Meydanında tikinti işləri
Bayraq Meydanında tikinti işləri
Avqustun 25-də Bayraq Meydanı yaxınlığında 28 hərbçi ailəsinin yaşadığı evlərin sökülməsinə cəhd edilib. Amma ailələrin etirazlarından sonra iş dayandırılıb.

AzadlıqRadiosuna müraciət edən hərbi-dəniz donanmasının zabitləri deyib ki, evləri əvəzində hər ailəyə 10 min manat kirayə pulu təklif edilir. İki hərbçi ailəsi təkliflə razılaşsa da, qalan ailələr razı deyillər.

Hərbi Dəniz Donanmasının əməkdaşı Lalə Hüseynova:

«Bizə bir həftə vaxt veriblər ki, 10 min manatı götürüb evlərimizi tərk edək. Deyirlər bir həftə sonra evlərin sökülməsinə başlanacaq. Bizim evlərin yerindən Bayraq Meydanına körpü çəkirlər, artıq evlərin lap dibində texnika işləyir, toz-torpağın içərisində boğuluruq».

Lalə Hüseynova deyir ki, ev ala bilmələri üçün onlara normal pul verilməlidir:

«Deyirlər siz pulu götürün, gedin kirayə qalın. Hərbçilərə ev tikiləndə sizlərə ev veriləcək. Biz buna necə inanaq axı? İndi harada qalaq? Ailələrin hamısında avadanlıqlar, mebellər var. Biz onları hara daşıyaq? Biz kirayədə qalmaq istəmirik».

Hərbçilərin evlərini «Azenko» ASC-nin sökməyə cəhd etdiyi bildirilsə də, bu qurumdan məsələyə münasibət öyrənə bilmədik.
XS
SM
MD
LG