Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:39

Baş prokuror Turac Zeynalovun ölümünün araşdırılmasını nəzarətə götürüb


Arxiv foto
Arxiv foto
Baş prokuror Zakir Qaralov dövlətə xəyanətdə ittiham olunan, 31 yaşlı Culfa sakini Turac Zeynalovun ölüm səbəblərinin araşdırılmasını nəzarətə götürüb.

Bu haqda AzadlıqRadiosuna Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Sentyabrın 1-də ombudsman Elmira Süleymanova Turac Zeynalovun ölümü ilə bağlı Baş Prokurorluğa müraciət edib. Baş prokuror da Turac Zeynalovun ölüm səbəblərinin araşdırılması ilə bağlı konkret göstərişlər verib:

«Araşdırmaların nəticəsi ilə bağlı yaxın günlərdə ombudsmana müvafiq cavab veriləcək».

Turac Zeynalov avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və bir neçə gün orda saxlandıqdan sonra ölüb. Ailəsi iddia edir ki, Turac Zeynalov nazirlikdə işgəncələr nəticəsində ölüb.

Naxçıvan Muxtar Respublikası MTN isə bildirir ki, dəri xərçəngindən əziyyət çəkən Turac Zeynalovun səhhəti avqustun 28-də istintaq təcridxanasından nazirliyə gətirilərkən pisləşib. Ona tibbi yardım göstərilib, amma bununla belə həyatını xilas etmək mümkün olmayıb.

Naxçıvan MTN-də müəmmalı qətlin müzakirəsi - İşdən sonra - Audio
Naxçıvan MTN-də müəmmalı qətlin müzakirəsi (İkinci hissə) - İşdən sonra - Audio
XS
SM
MD
LG