Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:44

Yaşar Nurinin YAP arzusu, məsciddən arayış


Yaşar Nuri
Yaşar Nuri
YAŞAR NURİ YAP-A ÜZV OLMAQ İSTƏYİR

Xalq artisti, ötən həftə «Şöhrət» ordeni almış Yaşar Nuri YAP-a üzv olmaq istəyir. «Yeni Azərbaycan» qəzetinə müsahibəsində aktyor deyib: «Mənim övladlarım artıq YAP-a üzv olublar. Özüm hələ üzv olmamışam. Amma bu yaxınlarda mən də hakim partiyaya üzv olacağam. Bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır».

İLHAM ƏLİYEV UŞAQ BAĞÇALARI BARƏDƏ

«Azərbaycan» qəzeti: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Prezident İlham Əliyev qəsəbə sakinləri ilə söhbət edib.

SAKİN: İkinci bir bağçanın fəaliyyəti 2006-cı ildən dayandırılıb. Göstəriş versəydiniz, orada 75 nəfərlik gözəl bir bağça yaradılardı. Arzum budur ki, Allah-Taala Sizi möhtərəm Prezident, möhtəşəm, qüdrətli Azərbaycan xalqımız üçün qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Minnətdaram və dərhal göstərişlər verirəm ki, bu məsələlərlə bağlı ciddi məşğul olsunlar. Doğrudan da, uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bizdə bu bağçalar ehtiyaclarımızı, demək olar ki, haradasa 20 faizdən aşağı səviyyədə təmin edir. Ona görə növbəti illərdə bağçalar həm təmir edilməli, həm də tikilməlidir. Siz indi neçə bağçanı təmir etdirirsiniz?

Hacıbala ABUTALIBOV: 57 bağça əsaslı təmirdədir.

Əli Kərimli
Prezident İlham ƏLİYEV: 57. Amma hələ nə qədər tikilməlidir, bəlkə də ondan iki dəfə çox. Yəni bu, bizim proqramlarımızda vardır və o cümlədən Binəqədi qəsəbəsində, burada bağça da, məktəb də tikilməlidir. Çünki üstünlüyümüz ondadır ki, bizdə əhali ildən-ilə artır. Yəni buna daha da böyük ehtiyac olacaqdır.

ƏRƏB DƏRSLƏRİ

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin məqaləsini dərc edib. Yazıdan bir hissə:

«Ərəb inqilablarından sonra xalqların kütləvi dinc mübarizəyə inamı daha da artdı. Ərəb inqilablarına qədər dinc mübarizə yolu ilə iyirmidən artıq ölkədə köklü dəyişiklik olmuşdu. Bəşəriyyətin dinc mübarizə tarixinin ən parlaq səhifələrini Mahatma Qandinin liderliyi ilə hind xalqı, Martin Lüter Kinqin liderliyi ilə ABŞ-da yaşayan afroamerikalılar, Lex Valensanın liderliyi ilə Polşanın «Həmrəylik» həmkarlar ittifaqı, Çilidə, Argentinada, Fillippində və s. ölkələrdə demokratiya uğrunda hərəkatlar yazmışdı.

Amma ərəb inqilablarına qədər xalqların dinc mübarizəsinin siyasi dəyişikliklərə nail olmaq üçün bütün situasiyalarda, universal və ən səmərəli vasitə olduğu mübahisəli idi. Belə ki, bir çoxları iddia edirdilər ki, Qandi və Kinq hərəkatları özlüyündə nə qədər mükəmməl olsalar da, hər halda onların opponenti birinci halda (imperiya olsa belə) mədəni və seçkili ingilis hökuməti, ikinci halda isə (irqçi olsa belə) seçkili və konstitusiyalı ABŞ hökuməti idi . Yəni bu seçkili hökumətlər zoru da bir həddə qədər istifadə edə bilərdilər. Onlar tamamilə özlərini məsuliyyətdən azad hiss edə
Foto: Arxiv
bilməzdilər».

NAMAZ QILAN MƏHKUMDAN ARAYIŞ TƏLƏBİ

«Yeni Müsavat» qəzeti: Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində ibadət etmək üçün məhkumlardan arayış istənilir. Bu barədə musavat.com-a İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, bir neçə gün öncə 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq zamanı belə fakt aşkar edib:

«Məlum oldu ki, orada namaz qılmaq üçün məhbuslardan yaşadıqları yerin məscidindən arayış tələb olunur. Mollalar başa düşə bilmirlər ki, nə arayışı verməlidirlər. Bəzi məhkumlar tələb olunan belə bir arayışı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təqdim ediblər. Bəzi dindar məhkumlar isə bunun əleyhinədirlər. Qeyd olunan arayışı təqdim edənlərə ibadət etmələrinə şərait yaradılır. Çox maraqlıdır, tələb olunan bu arayış nə cür təqdim olunmalıdır və necə yazılmalıdır? Hesab edirəm ki, cəzaçəkmə müəssisəsində ibadət etmək, namaz qılmaq üçün arayış tələb etmək absurddur. Elə insan var ki, həbs olunandan sonra ibadət etmək fikrinə düşüb. Belə olan halda o, necə yaşadığı yerdə yerləşən məsciddən arayış almalıdır?».

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə məhkumlardan belə bir arayışın tələb olunmadığını dedi. O, cəzaçəkmə müəssisələrində ibadət yerləri tikildiyini də bildirdi.
XS
SM
MD
LG