Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:16

«Sizcə, beləmi yaşamalıdır neftçi ailəsi?»


Yataqxanada yaşayan neftçilər
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid
«AZƏRBAYCAN İNKİŞAF EDİB, KİMLƏR ÜÇÜNSƏ...»

Bakıxanov qəsəbəsi, Əhməd bəy Ağayev küçəsi 43 ünvanındakı 6 mərtəbəli yataqxananın 18 kvmetrlik 1 otaqlı mənzillərində yaşayan neftçi ailələri üçün təqvimdə «Neftçi günü» olub-olmamasının elə də əhəmiyyəti yoxdur...

Yataqxanada salamlaşıb bayramlarını təbrik edəndə «çox sağ ol»un üstündə bir də ironiyalı gülüş cavabı alırdıq.

«Azərbaycan inkişaf edir, amma inkişaf biz neftçilərə aid deyil. İnkişaf eləsək, bizim də evimiz olardı. Nə inkişaf? Azərbaycan inkişaf edib kimlərəsə, neftçilərə yox. Halbuki Azərbaycanın hər şeyini həll edən neftdir. Biz neftçilərsə qalmışıq bədbəxt gündə. Hamımız yataqxanada yaşayanlarıq...»

27 ildir neft sektorunda işləyən Əlövsət Qurbanov 1992-ci ildən ev növbəsindədir. 5 nəfərlik ailəsi ilə 1 otaqda sığışıblar: eyni otaqda yatırlar, qonaq qəbul edirlər, dincəlirlər, yemək yeyirlər. O, neft işinə gəlməyini belə xatırlayır:

Əlövsət Qurbanov
«Cavanlıq idi, mən işləyəndə Sovet hökumətinin dövrü idi. O hökumətin dövründə bundan yaxşı yaşayırdım. 400-500 manat alırdım, özü də kirayədə qalırdım, onda lap əla yaşayırdım».

104 NEFTÇİ AİLƏSİ YATAQXANADA

Neftçilər yataqxanasında 104 neftçi ailəsi yaşayır. Onları birləşdirən təkcə peşə seçimi deyil, eləcə də dolanışıqlarıdır.

1988-ci ildən neft sahəsində işləyən Abbas Şirinov deyir ki, ailəsini 400 manata yaxın məvaciblə dolandırır. 1 otaqlı evində 7 ailə üzvü yaşayır:

«Mənim aldığım pul bu ailəni dolandıra bilmir. Evsiz-eşiksizəm. Növbəyə durmuşam, Rövnəq Abdullayevə məktub yazmışam, cavab gəlib ki, kooperativ ev alım. Mən 400 manatla kooperativ evi necə alım? 1 otaqdır, dolanırıq, nə edək».

«1 oğlumuz da var, nişanlıdır, onu da evləndirə bilmirik evsizliyə görə», deyə Abbas Şirinovun həyat yoldaşı dilə gəlir.

«DEYİRLƏR, NEFTÇİSİNİZ, VƏZİYYƏTİNİZ YAXŞI OLAR»

Neftçilərin yaşadığı bina
«Harasa gedəndə deyirlər neftçisiz, vəziyyətiniz yaxşı olar, amma bizim vəziyyətimiz heç də yaxşı deyil. Nəinki bizim, bu boyda 104 ailənin».

Bunu da neftçi həyat yoldaşı Səkinə xanım deyir. O deyir ki, neftçi uşaqlarına «yataqxana uşağı» deyə münasibət göstərirlər:

«Bu, neftçinin yaşadığı yer. Bu da neftçinin şəraiti. Qızlarımız böyükdür, arxasınca gəlib görürlər ki, yataqxanada qalır. Oğlumuz evlənmək istəyir, deyirlər yataqxanada qalır, gəlin gedib harda yatacaq? Sizcə, beləmi yaşamalıdır neftçi ailəsi, neftçilər?»

PREZİDENT MÜKAFATLANDIRDI...

Bu suala cavabı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən almaq mümkün olmadı. «Neftçi günü»nün qeyd edilməsilə əlaqədar şirkətə hər kəs məşğul olduğundan telefona cavab verən olmadı.

Neftçi günü 17 il əvvəl təqvimə salınıb - 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə 11 xarici neft şirkəti neft yataqlarının birgə işlənməsi barədə saziş - «Əsrin müqaviləsi»ni imzalanmasından sonra. «Neftçi günü» münasibətilə prezident İlham Əliyev neft sənayesində səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
XS
SM
MD
LG