Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:13

Rəqabət Məcəlləsi rəqabət yaradacaqmı?


Oktay Haqverdiyev
Oktay Haqverdiyev
«İşdən sonra» proqramında iqtisadçı-ekspertlər Nazim Məmmədov, Oktay Haqverdiyev, hüquqşünas Eldar Qocayev və Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Rəqabət Məcəlləsi barədə fikirlərini bölüşürlər.

Oktay Haqverdiyev:

«Korrupsiya, rüşvətxorluq, monopoliya olan yerdə rəqabət heç cür ola bilməz. Rəqabət hansısa bir fəaliyyətlə bir neçə kompaniyanın məşğul olması deməkdir. Bunlar bir-biri ilə fəaliyyətə görə rəqabətə çıxırlar. Bizdə isə rəqabət klanlar, qruplar arasındadır... Fəaliyyətdən asılı olmayaraq, bunlar bir-biri ilə düşməndirlər…».

Nazim Məmmədov:

Nazim Məmmədov
«Güman etmirəm ki, Rəqabət Məcəlləsi sabah qəbul olunsa, monopoliyalar yığışdırılacaq. Bu haqda fikirləşmək sadəlövhlük olar. Bu, uzun bir prosesdir. Qanunun qəbul olunması çox vacibdir.Uzun müddətdir bu qanunun qəbul olunmamasının səbəbi həm də subyektiv amillərlə bağlıdır. Problemlər ona görə yaşanırdı ki, Antiinhisar Departamentinin rəhbərliyi bir neçə dəfə işdən kənarlaşdırılırdı. Təqribən 2008-ci ildə antiinhisar fəaliyyətinin daha da sürətləndirilməsi haqqında prezidentin tövsiyələrindən sonra biz ümid edirdik ki, bu, bitəcək. Amma əfsuslar olsun ki, obyektiv və yaxud subyektiv səbəblərdən bu, bitmədi…».

Vahid Əhmədov:

«Rəqabət Məcəlləsinin qəbul olunmamasının əsas səbəbi Azərbaycanda inhisarçılığın güclü olması, bəzən hökumət tərəfindən hətta onun müdafiə olunmasıdır. Nəhayət ki, bu məsələ Milli Məclisin gündəliyinə salınıb. Əlbəttə, bu məcəlləni qəbul etmək birdən-birə inhisarçılığı aradan qaldırmayacaq. Amma məcəllədə elə bəndlər, elə maddələr var ki, müəyyən qədər Azərbaycanda inhisarçılığın qarşısını alacaq. Üçüncü oxunuşa çıxarılacaq məcəlləni biz hələ görməmişik.
Vahid Əhmədov
İki oxunuşda qəbul olunandan sonra o, məcəllə rəsmi olaraq geri çağırılmayıb. Amma müəyyən hökumət qurumları onun üzərində guya işləmək istəyiblər. Nə dəyişiklik olacaqsa biz onu görəcəyik…».

Eldar Qocayev:

«Bizim mövcud qanunvericilikdə antiinhisar fəaliyyəti haqda qanun var. Antiinhisar fəaliyyətini müxtəlif istiqamətlərdə tənzimləyən 3 qanun var. Bəs qanun varsa, niyə ölkədə rəqabət mühiti bu vəziyyətdədir? Ən mükəmməl qanunu belə qəbul etmiş olsaq, bu, kifayət etməyəcək. Bu sahədə həm onun institusional dəyişikliyi, həm tətbiqi, həm siyasi iradə məsələsi çox mühüm məsələdir...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG