Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Azərbaycan-Türkiyə: külək haradan əsir?


Rasim Musabəyov
Rasim Musabəyov
«İşdən sonra» proqramında siyasi şərhçi Gültəkin Hacıbəyli və deputat Rasim Musabəyov Azərbaycan-Türkiyə siyasətini şərh edirlər.

Xədicə İsmayılova:

- Türkiyə Azərbaycandan cavab gözləyir. Biz bilirik ki, parlament qrupu Türkiyəyə gedib.

Rasim Musabəyov:

- Nə cavabı gözləyir?

Xədicə İsmayılova:

- Türkiyənin Azərbaycandakı səfiri İsrail məsələsində Azərbaycandan Türkiyənin mövqeyinə dəstək gözlədiklərini deyib.

Rasim Musabəyov:

- Onu siz jurnalistlər soruşmusunuz o da deyib. Mən eşitməmişəm ki, Türkiyə hökuməti Azərbaycan qarşısında İsraillə bağlı tələblərlə çıxış etsin. Səfirdən soruşmusunuz o da deyib ki, biz Azərbaycanın Türkiyəyə dəstək verməsini istərdik. Amma bunun arxasında heç bir tələb durmayıb. Türkiyə Azərbaycan qarşısında tələb qoymayıb ki, İsrailə neft satmayın. Belə şeylər yoxdur.

Gültəkin Hacıbəyli:

- Azərbaycanın müəyyən məsələlərdə öz maraqları var. Türkiyənin də öz maraqları. Bir millətin iki dövlətindən danışırıqsa, faktiki olaraq bizim özümüz olan dövlətdən danışırıqsa, burda hər zaman iqtisadi maraqlar prioritet təşkil edə bilməz. Məsələn, 1918-ci ildə Qafqaz İslam Ordusu Türkiyə tarixinin ən ağır vaxtında Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarmağa yetişəndə, sözsüz ki, iqtisadi maraqlardan çıxış etmirdilər. Eyni zamanda Azərbaycanın torpaqlarını işğal etdiyi üçün Türkiyə Ermənistanla sərhədləri bağlayıb…
Gültəkin Hacıbəyli
Əslində, Türkiyənin iqtisadi maraqları da tələb edir ki, o, Ermənistan kimi bir bazara daxil olsun və bu bazarı da əldə etsin. Ancaq Türkiyə qardaşlıq maraqlarından çıxış edir. Hesab edirəm ki, Azərbaycan da müəyyən zamanlarda Türkiyə ilə qardaşlıq maraqlarını dəyərləndirib. Azərbaycan-Türkiyə münasibətlərində biz heç də iqtisadi maraqlardan çıxış etmirik. Vahid türk millətinin maraqlarından çıxış edirik. Türk səfiri kifayət qədər ciddi adamdır və jurnalistlər ona təzyiq edib istədikləri fikri ondan eşitmək iqtidarında deyillər. Səfir o fikri səsləndirmək istəməsə, bunu heç kim zorla bu fikirləri ondan ala bilməz. İsrail məsələsinə münasibətdə Türkiyənin mövqeyi var. Mən bəziləri kimi heç də hesab etmirəm ki, Türkiyə Azərbaycana ultimatum verib. Hesab edirəm ki, bu iki qardaş arasında ərk ola bilər... Türkiyənin irəli sürdüyü tələblər haqlı tələblərdir. Biz məntiqlə qardaşımızın yanında olmalıyıq...

Xədicə İsmayılova:

- Türkiyənin siyasəti elə türkiyəli və xarici ekspertlər tərəfindən də tənqidlərə məruz qalıb. Bunların içində maraqlı şərhlər də yer alır. Bu yaxınlarda rus telekanallarından birində İqnotenko çıxış edirdi. Belə bir şərh var idi ki, Ərdoğanın PKK-ya qarşı iddiaları Azərbaycanı narahat edir. O, bunu Azərbaycanda hakimiyyətin etnik tərkibində kürdlərin olması ilə izah edirdi.

Rasim Musabəyov:

- Düşünürəm ki, bunlar hamısı cəfəngiyatdır. Türkiyənin hakim partiyasını qurdalasalar, orada da xeyli insanlar kürd əsilli, lat əsilli, çərkəz əsilli çıxacaq. Bu, etnik bir problem deyil.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG