Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:02

Arrai telekanalı Khamis Qaddafinin öldürüldüyünü təsdiqləyib


Suriyada yerləşən və Qaddafini dəstəkləyən Arrai telekanalı Muammar Qaddafinin kiçik oğlu Khamisin öldürüldüyünü təsdiqləyib. Bundan əvvəl isə onun ölüm xəbərini Milli Keçid Şurası yaymışdı.

Arrai telekanalının xəbərinə görə, Khamis və Qaddafinin kəşfiyyat xidmətinin rəhbəri Abdullah al-Senousi avqustun 29-da Tripolinin cənubunda gedən döyüşlərdə öldürülüb.

Khamis Qaddafi elit hərbi birləşmənin komandiri idi.

Milli Keçidi Şurası ordusu isə Bani Valid şəhərinin mərkəzinə daxil olub. Şəhərdə Qaddafi tərəfdarları ilə ağır döyüşlər davam edir.
XS
SM
MD
LG