Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:00

Türkiyə və Azərbaycan qaz anlaşması imzalayaıb


Arxiv foto
Arxiv foto
«Azərbaycanla qaz anlaşması - Şahdəniz 2 anlaşması imzalanıb». Xəbəri Türkiyənin NTV kanalı yayıb.
Kanal Türkiyənin baş naziri Recep Tayyip Erdoğanın İlham Əliyevlə keçirdiyi mətbuat konfransından canlı xəbərində Ərdoğanın fikirlərinə yer ayırıb.
Ərdoğan bildirib ki, Azərbaycan da, Türkiyə də bölgədə sülhdən, rifahdan başqa bir şey istəmir:

«Kipr məsələsində də, Qarabağ məsələsində, Qafqazda əmin-amanlıq, terror məsələsində Azərbaycanla hədəfimiz eynidir. Qarabağdakı işğal mənim azərbaycanlı qardaşlarımın ürəyini nə qədər ağrıdırsa, bilin ki, Türkiyənin hər bir vətəndaşının da ürəyin elə ağrıdır. Terror hücumlarında həyatını itirən hər bir gəncin acısı bizim ürəyimizə od saldığı kimi, inanıram ki, azərbaycanlı qardaşlarımızın da ürəyinə eyni dərəcədə od salır. Biz, «iki dövlət, bir millət» olduğumuz kimi həm də «ürəyik». Elə ona görə də Qarabağda işğal sona çatana qədər Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcəyik. Terrorla mübarizədə dost, qardaş ölkə olan Azərbaycanın səmimi dəstəyinə həmişə minnətdar olacağıq. Biz Azərbaycanla qurduğumuz bu qardaşlıq əlaqəsini bölgədəki bütün ölkələrlə yaratmaq arzusundayıq».

ƏRDOĞANIN TƏBRİKİ
Ərdoğan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması ilə bağlı da Əliyevi təbrik edib.
Ərdoğan Vanda baş verən zəlzələ ilə bağlı Azərbaycanın ilk saatlarda kömək göstərməsinə də münasibət bildirib:
«Zəlzələ ilə bağlı qonşularımız başda olmaqla bir çox ölkə sürətlə zəlzələ bölgəsinə kömək əlini uzatdı. Hamısına təşəkkür edirəm. Ancaq Bakının yardım əli bu soyuq qış günündə içimizi bir başqa cür isitdi».
Ərdoğan Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə bağlı bunları deyib: «20 il əvvəl Azərbaycan müstəqilliyini elan edəndə biz də sevindik. Çox böyük layihələrə imza atdıq. Bakı-Tiflis-Ceyhan xətti ilə Azərbaycan neftini Ceyhandan bütün dünyaya ixrac edirik. Bakı-Tbilisi-Ərzurum qaz xətti ilə ASzərbaycan qazını ölkəmizə gətirdik. «Dəmir İpək Yolu» da adlnadırılan Bakı və Qars dəmir yolu layihəsi ilə bağlı isə mərhələyə gəldik».
Bu gün İlham Əliyevlə Rəcəb Tayyiv Ərdoğan İlham Əliyevlə birlikdə İzmirdəki neft emalı zavodunun təməl qoyma mərasimində iştirak edib. Zavod Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti ilə tikilir.
Zavodun gücü illik 10 mln. ton neft təşkil edəcək və Petkim Holding kimya kompleksinin bir hissəsi olacaq.
Layihəyə 5,5 mlrd. dollar qoyulacaq. Neft emalı zavodunun tikintisi 2015-ci ildə başa çatacaq.
XS
SM
MD
LG